Məhkəmə qərarları › İş №2(021)-2478/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2478/2022

30.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2478/2022 30.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Ərizəçi, maraqlı şəxslər X2, X7, X16 və X9 iştirakı ilə Ərizəçi X10 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi X19 ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X11 10 may 2022-ci il tarixdə vəfat edərək Bərdə rayonu Xəsili kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X19 ərizəsini onunla əsaslandırmışdır ki, atası X22 29 dekabr 1948-ci il tarixdə Bərdə rayonu Xəsili kəndində anadan olmuşdur. X33 10 may 2022-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmiş və Bərdə rayonu Xəşili kənd ərazisində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. Onlar baş qarışıqlığından mərhum atalarına ölüm haqqında şəadətnamə ala bilməmişlər. Hal-hazırda bir çox sənədlərin hazırlanmasında ondan atasının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Lakin ölüm kağızı olmadığından sənədlərini hazırlaya bilmir. Mərhum atası X13 ölüm haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, orda isə ölümdən uzun müddət keçdiyi üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina edirlər və məhkəməyə müraciət etməsini bildirdilər. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək mərhum atası X11 12 may 2022-ci il tarixdə vəfat etməsi olaraq qeyd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X19 ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X5 göstərmişdir ki, 29 dekabr 1948-ci ildə anadan olmuş X22 həyat yoldaşı olmuşdur. Sonuncu 12 may 2022-ci il tarixdə vəfat etmiş və Bərdə rayon Xəsili kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında maraqlı şəxs X14, X25 və X15 göstərmişdir ki, X22 ataları olmuş, sonuncu 12 may 2022-ci il tarixdə vəfat etmiş və Bərdə rayon Xəsili kənd qəbristanlığında dəfn etmişlər. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbıb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X20 və X23 ərizəçi X10 atası X11 12 may 2022-ci ildə vəfat etdiyini və Bərdə rayonu Xəsili kənd qəbristanlığında dəfn edildiyini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı şəxsləri və şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08 oktyabr 1966-cı il tarixli AЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 29 dekabr 1948-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X6, ana qrafasında anası kimi X4 qeyd edilmişdir. İş materiallarında olan 18 yanvar 1979-cu il tarixli İ- ЖГ 441450 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 ilə X1 18 yanvar 1979-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Əzizova soyadı verilmişdir. İş materiallarında olan 15 yanvar 1982-ci il tarixli Vİİİ-ЖГ 350325 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1981-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X22, ana qrafasında anası kimi X8 qeyd edilmişdir. İş materiallarında olan 30 mart 1979-cu il tarixli Vİ-ЖГ 381558 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 30 yanvar 1979-cu ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X22, ana qrafasında anası kimi X8 qeyd edilmişdir. İş materiallarında olan 14 mart 1985-ci il tarixli X-ЖГ 428098 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 28 fevral 1985-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X22, ana qrafasında anası kimi X5 qeyd edilmişdir. İş materiallarında olan şahidlərin iştirakları ilə tərtib edilmiş və Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş 12 may 2022-ci il tarixli aktdan müəyyən olunur ki, Bərdə rayonu, Xəsili kənd sakini X22 12 may 2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan fotoşəkildən müəyyən olunur ki, X11 baş daşı üzərində ölüm tarixi 12 may 2**2-ci il qeyd edilmişdir. İş materiallarında olan, Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 392-05/15 nömrəli 28 iyun 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi atasına ölüm haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X11 12 may 2022-ci il tarixdə ölməsi faktı ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X11 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə atasına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi X10 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilisin. 29 dekabr 1948-ci ildə Bərdə rayonunda anadan olmuş X11 12 may 2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar