Məhkəmə qərarları › İş №2(021)-2501/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2501/2024

11.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2501/2024 11.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 15 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə və ödənilmiş 300 manat medisiya rüsumunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 manat dövlət rüsumunu Maraqlı şəxs tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs - Maraqlı şəxs ilə 05 avqust 2019-cu il tarixdə Bərdə rayon Güloğlular kənd İƏD-üzrə nümayəndəliyin akt qeydlər kitabında 02 nömrə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından övladları olmamışdır. Ər-arvad kimi münasibətləri normal olmuşdur. Daha sonra münasibətlri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Xeyli müddətir ki, ayrı yaşayırlar. Nikahın pozulması tələbinə dair iş halhazırda Bərdə Rayon Məhkəməsinin hakimi Ziya Abdullayevin icraatındadır. xx.xx.2024-cü il tarixdə qızıl-zinət və cehiz əşyaların və 220 (iki yüz iyirmi) manat pulun geri verilməsi tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şürasına müraciət etmişlər. Maraqlı şəxs- Maraqlı şəxs qızıl-zinət əşyalarının hal-hazırda "xxxx" QSC Bərdə rayon filialında girovda olduğunu və xx.xx.2024-cü il tarixinədək kredit borcunu ödəyib qızılları girovdan çıxararaq ona təhvil verəcəyini öz öhdəsinə götürmüşdür. Lakin, həmin vaxt tamam olduğuna baxmayaraq maraqlı şəxslə heç bir təhvil-təslim olunmamışdır. Maraqlı şəxs- Maraqlı şəxs tələb etdiyi qızıl-zinət əşyaları "xxxx" MMC tərəfindən qiymətləndirilərək mütəxəssis rəyi verilmişdir və siyahısı aşağıdakı kimi qeyd olunmuşdur. Sırga 585 əyar-1 ədəd çəkisi 3.2 qram 288 manat; Sırga 585 əyar-1 ədəd çəkisi 4.7 qram 423 manat; Sırga 585 əyar-1 ədəd çəkisi 2 qram 180 manat; Nişan üzyü brilliant qaşlı 585 əyar-1 ədəd çəkisi 3.5 qram 800 manat; Üzük 585 əyar-1 ədəd çəkisi 2,3 qram 207 manat; Üzük 585 əyar-1 ədəd çəkisi 2,2 qram 198 manat; Üzük 585 əyar-1 ədəd çəkisi 2,4 qram 216 manat; Üzük 585 əyar-1 ədəd çəkisi 2 qram 180 manat; Üzük kişi üçün 585 əyar-1 ədəd çəkisi 4,5 qram 405 manat; Üzük 750 əyar-1 ədəd çəkisi 4,7 qram 517 manat; Üzük 583 əyar-1 ədəd çəkisi 2,1 qram 189 manat; Üzük 583 əyar-1 ədəd çəkisi 2,1 qram 189 manat; Üzük 583 əyar-1 ədəd çəkisi 1.5 qram 135 manat; Boyunbağı 585 əyar-1 ədəd çəkisi 13.4 qram 1206 manat; Qolbağı 585 əyar-1 ədəd çəkisi 10.4 qram 936 manat; Ümumi qızıl-zinət əşyalarının cəmi dəyəri-6069 manat Mediasiya prosesində maraqlı şəxs- Maraqlı şəxs ilə qızıl-zinət əşyaların, cehiz əşyaların və 220 (iki yüz iyirmi) manat pulun ona təhvil verilməsi tələbinə dair qarşılıqlı razılığa gəlmişlər. Maraqlı şəxs-Maraqlı şəxs mediasiya prosesində bağladıqları xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs barışıq sazişinin şərtlərini qəbul etdiyini və təsdiq olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1991-ci ildə Bərdə rayonu, Qaraqoyunlu kəndində anadan olmuşdur, Bərdə rayonu, Qaraqoyunlu kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan-Qaraqoyunlu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 478 nömrəli arayışdan görünür ki, Ərizəçihal-hazırda Bərdə rayonunun Cumalar kəndində yaşayır. Bərdə Rayon Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 avqust 2019-cu il tarixli, AZ-İİ 297120 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi 05 avqust 2019-cü ildə Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 02 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Quluyeva soyadı verilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1997-ci ildə Bərdə rayonu Cumalar kəndində anadan olmuşdur, Bərdə rayonu Cumalar kəndində qeydiyyatdadır. X1 iştirakı ilə tərtib edilən 15 may 2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf (Ərizəçi; AA*******; xxxxxxx; xx.xx.1997) Mediasiyaya müraciət edərək bildirdi ki: ikinci tərəf (Maraqlı şəxs; AZE********; xxxxxxx; xx.xx.1991) ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 05 avqust 2019-cu il tarixdə Bərdə rayon Güoğlular kənd İƏD üzrə icra nümayəndəliyinin akt qeydlər kitabında №02-ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından övladları olmamışdır. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və ayrı yaşayır.Toy vaxtı ona verilmiş qızıl-zinət əşyaları və cehiz əşyaları ikinci tərəfdən alınıb ona geri verilməsini və 220 manat verdiyi borc pulun, alınıb ona geri qaytarılması tələbi ilə təklif verdi. İkinci tərəf (Maraqlı şəxs; AZE********; xxxxxxx; xx.xx.1991), Mediasiya prosesinə dəvət olunmuş və aparılmış söhbət zamanı qarşılıqlı razılaşaraq Birinci tərəfə (Ərizəçi; AA*******; xxxxxxx; xx.xx.1997) məxsus olan qızıl-zinət əşyaları və cehiz əşyalarının, könüllü olaraq geri qaytarılmasına tam razılaşdığını bildirmiş. Aparılmış söhbət zamanı məlum oldu ki, qızıl-zinət əşyaları hal hazırda "xxxx" QSC Bərdə filialında girovdadır. Cehiz əşyaları isə olduğu kimi İkinci tərəfin yaşadığı mənzildədir. İkinci tərəf (Maraqlı şəxs; AZE********; xxxxxxx; xx.xx.1991), Birinci tərəfə (Ərizəçi; AA*******; xxxxxxx; xx.xx.1997) məxsus olan qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixinədək qalan kredit borcunu ödəyib, qızılları girovdan çıxarıb, Birinci tərəfə (Ərizəçi; AA*******; xxxxxxx; xx.xx.1997) təhvil verəcəyini öz öhdəsinə götürür. Borc müqabilində alınmış 220 manat pul və Birinci tərəfə məxsus olan cehiz əşyalarını istənilən vaxt təhvil-təslim olunmasına heç bir etirazı olmadığını bildirdi və öz öhdəsinə götürür. (Qeyd: Girovda olan qızılların içərisində toy vaxtı Ərizəçi, ikinci tərəfin anası tərəfindən verilmiş bir ədəd üzükdən əlavə toy vaxtı X3 verilmiş üzük də daxil olmaqla bütün qızıl-zinət əşyaları birinci tərəfə geri qaytarılmasını öhdəsinə götürür.) Girovda olan qızıllar aşağıdakılardır: a) Üzük (qadın, 2 ədəd, əyarı-583), boyunbağı (1 ədəd, əyarı-585), qolbağı (1 ədəd, əyarı-585), üzük (qadın, 4 ədəd, əyarı-585A), sırğa (2 cüt, əyarı-585A), üzük (qadın, 1 ədəd, əyarı-585), üzük (kişi, 1 ədəd, əyarı-585), üzük (qadın, 1 ədəd, əyarı-750). b) Barışıq Sazişi tərəflərin sözləri ilə yazıldı və doğruluğunu öz imzaları ilə təsdiq edirlər. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. "xxxx" MMC-nin qeyd edilən qızıl-zinət əşyalarının qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, Sırga 585 əyar-1 ədəd çəkisi 3.2 qram 288 manat; Sırga 585 əyar-1 ədəd çəkisi 4.7 qram 423 manat; Sırga 585 əyar-1 ədəd çəkisi 2 qram 180 manat; Nişan üzyü 585 əyar-1 ədəd çəkisi 3.5 qram 800 manat; Üzük 585 əyar-1 ədəd çəkisi 2,3 qram 207 manat; Üzük 585 əyar-1 ədəd çəkisi 2,2 qram 198 manat; Üzük 585 əyar-1 ədəd çəkisi 2,4 qram 216 manat; Üzük 585 əyar-1 ədəd çəkisi 2 qram 180 manat; Üzük kişi üçün 585 əyar-1 ədəd çəkisi 4,5 qram 405 manat; Üzük 750 əyar-1 ədəd çəkisi 4,7 qram 517 manat; Üzük 583 əyar-1 ədəd çəkisi 2,1 qram 189 manat; Üzük 583 əyar-1 ədəd çəkisi 2,1 qram 189 manat; Üzük 583 əyar-1 ədəd çəkisi 1.5 qram 135 manat; Boyunbağı 585 əyar-1 ədəd çəkisi 13.4 qram 1206 manat; Qolbağı 585 əyar-1 ədəd çəkisi 10.4 qram 936 manat; Ümumi qızıl-zinət əşyalarının cəmi dəyəri-6069 manat təşkil edir. 27 may 2024-cü il tarixli 17136 nömrəli qəbzdən görünür ki, ərizəçi mediasiya prosesində 300 manat məbləğində xidmət haqqı ödəmişdir. 25 iyun 2024-cü il tarixli 1160 nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair Mediasiya Şurasına müraciət etmiş və X1 iştirakı ilə, 15 may 2024-cü il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq sazişi bağlanmışdır. Bu səbəbdən də, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 15 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə araşdırılmış sübutlara obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, məhkəmə baxışı zamanı iddiaçının qeyd cehiz əşyaları cavabdeh tərəfindən etiraf edildiyindən iddia tələbi hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi və rüsumların geri qaytarılması” tələbinə dair iddiası qismən təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

1. Ərizə qismən təmin edilsin.

2. Cavabdeh Maraqlı şəxs sırğa 585 əyar-1 ədəd çəkisi 3.2 qram 288 manat, sırğa 585 əyar-1 ədəd çəkisi 4.7 qram 423 manat, sırğa 585 əyar-1 ədəd çəkisi 2 qram 180 manat, nişan üzyü 585 əyar-1 ədəd çəkisi 3.5 qram 800 manat, üzük 585 əyar-1 ədəd çəkisi 2,3 qram 207 manat, üzük 585 əyar-1 ədəd çəkisi 2,2 qram 198 manat, üzük 585 əyar-1 ədəd çəkisi 2,4 qram 216 manat, üzük 585 əyar-1 ədəd çəkisi 2 qram 180 manat, üzük kişi üçün 585 əyar-1 ədəd çəkisi 4,5 qram 405 manat, üzük 750 əyar-1 ədəd çəkisi 4,7 qram 517 manat, üzük 583 əyar-1 ədəd çəkisi 2,1 qram 189 manat, üzük 583 əyar-1 ədəd çəkisi 2,1 qram 189 manat, üzük 583 əyar-1 ədəd çəkisi 1.5 qram 135 manat, boyunbağı 585 əyar-1 ədəd çəkisi 13.4 qram 1206 manat, qolbağı 585 əyar-1 ədəd çəkisi 10.4 qram 936 manat, ümumi qızıl-zinət əşyalarının cəmi dəyəri-6069 (altı min altmış doqquz) manat natura şəklində, naturada verilməsi mümkün olmadığı təqdirdə qətnamə icra olunan vaxt həmin əmlakların dəyəri alınaraq Ərizəçi verilsin.

3. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu Maraqlı şəxs Ərizəçi xeyrinə tutulsun.

4. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.

5. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar