Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2516/2023 01.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X2 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun anası X5 0* iyul *938-ci ildə Bərdə rayonunun Bəcirəvan kəndində anadan olmuş, Bərdə rayonun Bəcirəvan kəndində yaşamış və Bəcirəvan kəndində 2* fevral 2022-ci il tarixdə vəfat edilmiş və həmin kənd qəbirstanlığında dəfn edilmişdir. Onun 2* fevral 2022-ci ildə Bəcirəvan kəndində vəfat etməsi barədə kənd həkim məntəqəsindən Bərdə rayon X7 Hüquqi Şəxsinə sənəd göndərilmədiyindən, ölüm qeydə alınmadığından anasının ölümü barədə xəstəxanadan tibbi sənəd verilmişdir. O, Maraqlı şəxsnə anası X3 ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etsədə mümkün olmamış, cavab verilmişdir ki, anasının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və yaxud məhkəmə qətnaməsi tələb olunur. Ona görə də anası X2 ölüm şəhadətnaməsini almaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Anası X9qızı 2* fevral 2022-ci il tarixdə Bəcirəvan kəndində vəfat etməsini, kənd qəbirstanlığında dəfn edilməsini, kənd sakinləri və Bəcirəvan kən icra nümayəndəsinin arayışı, məzarüstü daş abidəsi ilə təsdiq olunur. Odur ki, X5 2* fevral 2022-ci ildə vəfat etməsi yəni ölüm qeyd edilmə faktının müəyyən edilməsinə dair məhkəmədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, Ərizəçi qohumudur. Onun anası vəfat edib. Onun dəfn və yas mərasimində iştirak etmişdir. İndi isə bilmişdir ki, ölümü qeydə aldırmayıblar. Ona görə də ölüm haqqında şəhadətnamə ala bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*3 izahatında göstərdi ki, Ərizəçi qohumudur. Onun anası vəfat edib, dəfn və yas mərasimində o, da iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx *973-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE 0*5*6467 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 0* iyul *938-ci ildə Bərdə rayonu, Bəcirəvan kəndində doğulmuşdur, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarında olan *2 may 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi xx xxxxxx *973-cü ildə doğulmuşdur. X*, anası X4r. İş materiallarında olan Bərdə rayonu, Bəcirəvan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *83 nömrəli, ** may 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X5 2* fevral 2022-ci ildə vəfat etmiş, Bərdə rayonu, Bəcirəvan kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbrin fotoşəklindən görünür ki, X5 *938-ci ildə doğulmuş, 2* fevral 2022-ci ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş *0 may 2023-cü il tarixli, 3-*6-5/8-*5- 240/2023 saylı məktubdan müəyyən olunur ki, Ərizəçi məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X5 2* fevral 2022-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ölüm faktının müəyyən olunması ərizəçinin lazımi sənədləri başqa qaydada ala bilməməsi üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 2* fevral 2022-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2516/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2516/2023
01.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver