Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2592/2023 13.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs Səlimxan oğlu ilə 03 noyabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurublar. Birgə nikahlarından 03 iyul 2017-ci il təvəllüdlü X5, 02 aprel 2022-ci il təvəllüdlü X6 adlı 2 övladları olmuşdur. Uzun müddət normal münasibətlərdə yaşadıqdan sonra onların aralarında olan münasibətlər pisləşməyə başlamışdır.Onların xasiyyətləri bir birinə uyğun gəlmir və bu münvalla aralarında tez-tez münaqişələr yaranır. Nəhayət onlar faktiki olaraq ayrılıblar. Ər-arvad münasibətlərini kəsiblər. Aralarında olan münasibətin həll edilməsi üçün medasiya şurasına müraciət ediblər və 02 fevral 2023-cü il tarixli barışıq sazişi ilə birgə nikahda olan 03 iyil 2017-ci il təvəllüdü X5 və 02 aprel 2022-ci il təvəllüdlü X6 adlı övladlarının onun himayəsində qalmasına və hər uşağa 100 manat olmaqla 200 manat alimentin onun xeyrinə verilməsinə dair razılığa gəlsələr də,mediasiya təşkilatının aralarında olan nikahın pozulmasına səkahiyyəti olmadığından boşanmanın məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Məhkəmə iclasında Ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə ərizəçinimn izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ərizəçinimn izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş A ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1997-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxxxxxxx 1990-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 61 nömrəli, 08 fevral 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Mollaisalar kəndində yaşayır. Mülki işə əlavə edilmiş AZ-T042200 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs ilə Ərizəçi oğlu arasında nikah Bərdə rayonu, Qeydiyyat Şöbəsində 11 nömrəli akt qeydi ilə bağlanmışdır, nikahdan sonra arvada Əmirli soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-T 176795 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 03 iyul 2017-ci ildə doğulmuşdur, atası Maraqlı şəxsdur, Ərizəçidır. Mülki işə əlavə edilmiş AZ-İV 731610 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 02 aprel 2022-ci ildə doğulmuşdur, atası Maraqlı şəxsdur, Ərizəçidır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 fevral 2023cü il tarixli, 3-16-5/8-xx-xx/2023 saylı məktubdan görünür ki, X4 ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 02 fevral 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildiri ki, ikinci tərəf ilə 03 noyabr 2016-cı il tarixdə ailə həyatı qurmuş və birgə nikahlarından 03 iyul 2017-ci il təvəllüdlü X5 və 02 aprel 2022-ci il təvəllüdlü X6 övladları doğulmuşdur, birinci tərəf bildirdi ki, ikinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, 03 iyul 2017-ci il təvəllüdlü X5 və 02 aprel 2022-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmasına və azyaşlı övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment məbləği təyin olunmasını istəyir.İkinci tərəf bildirir ki, birinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasına tam razıdır, 03 iyul 2017-ci il təvəllüdlü X5 və 02 aprel 2022-ci il təvəllüdlü X2 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı yoxdur və iki azyaşlı övladlarının saxlanılması üçün birinci tərəfin verdiyi hər ay 150 manat olmaqla, cəmi 300 manat aliment məbləği ödəməyə gücünün çatmadığını, ancaq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat aliment ödəyə biləcəyini bildirir və birinci tərəf ikinci tərəfin verdiyi aliment təklifini qəbul edir, ikinci tərəf bildirir ki, 03 iyul 2017-ci il təvəllüdlü X5 və 02 aprel 2022-ci il təvəllüdlü X2 birinci tərəfindən himayəsində saxlanılmasına heç bir etirazı yoxdur, hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat aliment məbləğini birinci tərəfə ödəməyi öz öhdəsinə götürür, tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 02 fevral 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında”Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında Bərdə rayonu, Qeydiyyat Şöbəsində 03 noyabr 2016-cı il tarixdə, 11 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqları 03 iyul 2017-ci il təvəllüdlü X5 və 02 aprel 2022-ci il təvəllüdlü X2 hər birinə saxlanılması üçün 100 manat olmaqla cəmi 200 manat alimenti Maraqlı şəxs hər ay ödəməyi öhdəsinə götürməsi, 03 iyul 2017-ci il təvəllüdlü X3 və 02 aprel 2022-ci il təvəllüdlü X2 anaları Ərizəçi himayəsində qalmasına etiraz etməməsi barədə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 02 fevral 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 02 fevral 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2592/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2592/2023
13.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver