Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2660/2023 13.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, Ərizəçi X11 nümayəndəsi X12, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 14 sentyabr 2011-ci il tarixində Bərdə rayon Qeydiyyat Şöbəsində 575 nömrə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 21 aprel 2005-ci il təvəllüdlü X5, 02 iyul 2007-ci il təvəllüdlü X6 və 16 mart 2012-ci il təvəllüdlü X7 adlı üç övladları olmuşdur. Əvvəllər ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra xasiyyətləri uyğyn gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaqları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. Aralarında olan problemlər səbəbindən faktiki olaraq ayrılmışlar və ayrı yaşadıqları müddətdə birgə nikahdan olan övladlar onun yanında qalır və onun bütün maddi və mənəvi ehtiyyaclarını o, ödəyir. Maraqlı şəxs isə uşağın saxlanması üçün heç bir yardım göstərmir, hətta uşaqla maraqlanmır. Aralarında olan nikahın pozulması, uşaqların onun himayəmdə saxlanılması və aliment tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etdilər. 02 may 2023-cü il tarixdə Mediasiya prosesində Bərdə rayon Qeydiyyat Şöbəsində 575 nömrə ilə bağlanmış rəsmi nikahlarının pozulmasına, birgə nikahdan doğulmuş 21 aprel 2005-ci il təvəllüdlü X1, 02 iyun 2007-ci il təvəllüdlü X2 və 16 mart 2012-ci il təvəllüdlü X3 onun himayəsində qalmasına və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin onun xeyrimə ödənilməsinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəlmişlər. Bu səbəbdən Barışıq sazişini imzaladılar. Maraqlı şəxs mediasiya prosesində bağladıqları 02 may 2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müracitə etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X18 ərizəyə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul edərək, təmin edilməsini xahiş etmişdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1989-cu ildə Bərdə rayonu Nazırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X19 29 iyul 1990-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs 15 avqust 1983-cü ildə Bərdə rayonu, Kürdborakı kəndində doğulmuşdur, Bərdə rayonu, Kürdborakı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 575 nömrəli, 21 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi ilə Bərdə rayonu Nazırlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş AZ-İ 707764 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs ilə X20 arasında nikah Bərdə rayonu, Qeydiyyat Şöbəsində 575 nömrəli akt qeydi ilə bağlanmışdır, nikahdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İ 736825 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 02 iyul 2007-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş AZ-İİ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 21 aprel 2005-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş AZ-İİİ 071819 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 16 mart 2012-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 02 may 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildiri ki, ikinci tərəf ilə Bərdə rayon Qeydiyyat Şöbəsində 14 sentyabr 2011-ci il tarixdə 575 nömrə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdurlar, tərəflərin birgə nikahlarından 21 aprel 2005-ci il təvəllüdlü X8, 02 iyul 2007-ci il təvəllüdlü X6 və 16 mart 2012-ci il təvəllüdlü X7 adlı üç övladları doğulmuşdur. Tərəflər uzun müddət ər-arvad kimi bir yerdə yaşamışlar, sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf ikinci tərəfdən ayrılmış və üç azyaşlı övladları ilə birinci tərəf birlikdə yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək ikinci tərəf ilə aralarında bağlanmış 14 sentyabr 2011-ci il tarixli 575 nömrəli rəsmi nikahın pozulmasını, birgə nikahlarından olan 21 aprel 2005-ci il təvəllüdlü X4 birinci tərəfin himayəsində saxlanılmasına və övladlarının yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat məbləğində aliment pulunun onun xeyrinə tutulması tələbi ilə təklif vermişdir. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuşdur. Birinci tərəfin verdiyi təkliflə tanış olmuş və birinci tərəfin təklifi ilə tam razılaşdığını bildirmişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, Birinci tərəf ilə aralarında bağlanmış Bərdə rayon Qeydiyyat şöbəsində 14 sentyabr 2011-ci il tarixdə 575 nömrə ilə rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından doğulmuş 21 aprel 2005-ci il təvllüdlü X1, 02 iyul 2007-ci il təvəllüdlü X2 və 16 mart 2012-ci il təvəllüdlü X3 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını və övladlarının saxlanılması üçün isə hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 300 manat aliment məbləğini ödəməyi öz öhdəsinə götürür və hər ayın 30-u tarixindən birinci tərəfin xeyrinə ödəyəcəyini bildirdi. X13 şərtləri izah olundu və tərəflər heç bir təsir olmadan qarşılıqlı razılıq əsasında mediasiya prosesində Barışıq Sazişinə imza etdilər. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs Sbir oğluna qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 02 may 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bərdə rayonu, Qeydiyyat Şöbəsində 14 sentyabr 2011-ci il tarixdə, 575 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqları 21 aprel 2005-ci il təvllüdlü X1, 02 iyul 2007-ci il təvəllüdlü X2 və 16 mart 2012-ci il təvəllüdlü X3 hər birinə 100 manat olmaqla cəmi 300 manat alimenti Maraqlı şəxs hər ay ödəməyi öhdəsinə götürməsi, 21 aprel 2005-ci il təvllüdlü X1, 02 iyul 2007-ci il təvəllüdlü X2 və 16 mart 2012-ci il təvəllüdlü X3 anaları Ərizəçi himayəsində qalmalarına etiraz etməməsi barədə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 02 may 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 02 may 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2660/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2660/2023
13.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver