Məhkəmə qərarları › İş №2(021)-2681/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2681/2025

09.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2681/2025 09.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X7 16 aprel 2025-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı il təvəllüdlü qardaşı X11 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. X15 Bərdə rayon Samux kənd İcra nümayəndəliyinin Samux kənd qəbirsanlığında dəfn edilmişdir. X1 Qeydiyyat Şöbəsində ölüm aktı qeydiyyata alınmamışdır. Bu da X15in ölümü ilə bağlı bir çox məsələlərin həllində problemələr yaratmışdır. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edilmiş, həmin şöbənin 3-16-5/8-15-239/2025 saylı xx.xx.2025-cü il tarixli məktubunda bildirilmişdir ki,X8 ölümünün qeydə alınması halı müəyyən edilməmişdir. Bununla əlaqədar məhkəməyə mürciət etməsi tövsiyyə edilmişdir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, bildirdi ki, mərhum qardaşı X11 16 aprel 2025-ci il tarixdə vəfat etmişdir. X11 uzun illər – təxminən 30 il müddətində Rusiya Federasiyasında daimi yaşamış və həmin ölkənin vətəndaşı olmuşdur. Mərhum qonaq qismində Azərbaycan Respublikasına gəlmiş, lakin xəstələnərək vəfat etmişdir. Mərhumun ölüm faktı real olsa da, Yevlax rayon Miqrasiya idarəsində onun Azərbaycan ərazisində yaşama faktı rəsmən təsdiq olunmadığı üçün ölüm faktının dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş №404-05/69 saylı xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, X11 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Ata qrafası boş saxlanılmış, ana qrafasında ana adı X3 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 33 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X11 xx.xx.1957-ci il tarixdə Bərdə rayon Mirzəcəfərli kəndində doğulmuş, xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Samux kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Samux kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 94 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X11 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Samux kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Ölüm haqqında məlumat vərəqəsindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X11 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Respublika Təcili və X4 X14 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.2025-ci il tarixdə Bərdə rayon Samux kəndinə Bərdə TTTYS-nə çağırış olunmuş və ona “həkiməqədər ölüm” diaqnozu qoyulmuşur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 bildirdi ki, Ərizəçi ilə yaxın qonşudur. Ərizəçinin mərhum qardaşı Rusiya Federasiyasında yaşamışdır, 2025-ci ildə vətənə valideynlərinə baş çəkməyə gəlmişdir. Xəstələndiyi üçün onu bir çox xəstəxanalara aparmışlar, lakin xeyri olmamışdır. Xəstəliyinin nə olduğunu dəqiq bilmir. Mərhum xx.xx.2025-ci ildə vəfat etmişdir. Samux kənd qəbirstanlığından dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum qardaşı – X8 16 aprel 2025-ci il tarixdə ölüm faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X7 16 aprel 2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 25 avqust 1957-ci ildə anadan olmuş X7 16 aprel 2025-ci il tarixdə ölüm faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar