Məhkəmə qərarları › İş №2(021)-2685/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2685/2023

13.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2685/2023 13.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 04 dekabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur, birgə nikahlarından 24 iyun 2012-ci ildə X8 və 05 sentyabr 2014-cü ildə X9 adlı uşaqları anadan ollmuşdur. Aralarında olan problemlər səbəbindən faktiki olaraq ayrılmışlar. Ayrı yaşadıqları müddətdə birgə nikahlarından olan övladları onun himayəsində qalmış və onların bütün maddi və mənəvi ehtiyacları o, ödəyir, Maraqlı şəxs isə uuşaqların saxlanılması üçün heç bir yardım etmir. Aralarında olan münasibətin həll edilməsi üçün mediasiya şurasına meraciət etmiişlər və orada X10 ilə birgə nikahdan olan uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat aliment tuutuutlaraq ona ödənilməsinə və Maraqlı şəxsun uşaqlarla ünsiyyətdə olmasına törətməyəcəyinə dair razılığa gəliblər. X2 barışıq sazişinin şərtlərini pozur. Maraqlı şəxs uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir, hətta uşaqlarla maraqlanmır, onların qayğısına qalmır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə qanun uyğun formada məlumat verilsədə məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs 25 avqust 1985-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1991-ci ildə Bərdə rayonu, qaraqoyunlu kəndində doğulmuşdur, Bərdə rayonu, Qaraqoyunlu kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş ******* nömrəli yaşayış yyeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Qaraqoyuunlu kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZ-İ 813520 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs ilə X7 04 dekabr 2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Ələkbərova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİİ 008737 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 24 iyun 2012-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş AZ-İİİ 382362 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 05 sentyabr 2014-cü ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 03 fevral 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildiri ki, ikinci tərəf ilə 04 dekabr 2012-ci il tarixdə ailə həyatı qurmuş və birgə nikahlarından 24 iyun 2012-ci il təvəllüdlü X8 və 05 sentyabr 2014-cü il təvəllüdlü X9 adlı övladları doğulmuşdur, birinci tərəf bildirir ki, ikinci tərəf uzun müddətdir ki, azyaşlı övladlarının saxlanılması üçün heç bir yardım və maddi yardım göstərmir, birinci tərəf təklif edir ki, ikinci tərəfdən hər uşaq üçün hər ay 220 manat olmaqla ümumilikdə 440 manat aliment məbləği təyin olunmasını xahiş etmişdir. İkinci tərəf mediasiyaya dəvət olunmuş vvə birinci tərəfin təklifi ilə tam razılığını bildirmişdir. İkinci tərəf bildirmişdir ki, 24 iyun 2012-ci il təvəllüdlü X3 və 05 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün birinci tərəfə hər uşaq üçün hər ay 220 manat olmaqla cəmi 440 manat aliment məbləği ödəməyyi öz öhdəsinə götürür. Birinci tərəf bildirir ki, birggə nikahlarındn olan 24 iyun 2012-ci il təvəllüdlü X8 və 05 sentyabr 2014-cü il təvəllüdlü X4 ikinci tərəf ilə ünsiyyətdə olmasına heç bir maneçilik tötəməyəcəyini öz öhdəsinə götürür. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi X5 Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 03 fevral 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 24 iyun 2012-ci il təvəllüdlü X3 və 05 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün hər ay 220 manat olmaqla cəmi 440 manat aliment məbləğinin Maraqlı şəxs tərəfindən Ərizəçi ödəməsini öz öhdəsinə götürməsi, 24 iyun 2012-ci il təvəllüdlü X8 və 05 sentyabr 2014-cü il təvəllüdlü X4 Maraqlı şəxs ilə ünsiyyətdə olmasına Ərizəçi heç bir maneçilik tötəməyəcəyini öz öhdəsinə götürməsi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 28 fevral 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 03 fevral 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar