Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2721/2022 12.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X1 17 aprel 1988-ci ildə vəfat etməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X8 onun doğma atasıdır, atası X8 17 aprel 1988-ci ildə vəfat etmişdir, atası Bərdə şəhərində yerləşən İmamzadə qəbrstanlığında dəfn edilmişdir. Sosial məsələlərin həlli ilə bağlı atasına ölüm haqqında şəhadətnamə tələb olunur,atasının ölüm faktının müəyyən olunmasını başqa qaydada həll edə bilmir, mərhum atası X3 ölüm haqqında şəhadətnamə alınması ilə əlaqədar Bərdə Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Sosial məsələlərin həlli ilə bağlı X2 ölüm faktının müəyyən olunması zərurəti yaranmışdır, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, Ərizəçi ilə qohumdur. Sərdarın atası X9 17 aprel 1988-ci ildə vəfat edib, onu Bərdə şəhərində İmamzadə qəbristanlığında dəfn ediblər. Dəfn və yas mərasimində o, da iştirak etmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Ərizəçi ilə qohumdurlar, Sərdarın atası vəfat edərkən, onun dəfn və yas mərasimində iştirak etmişdir. X13 Bərdə şəhərində qəbristanlıqda dəfn etmişlər. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, ərizəçi ilə qohumdur, ərizəçinin atası X8 17 aprel 1988-ci ildə vəfat edib, onu Bərdə şəhərində İmamzadə qəbristanlığında dəfn edilib, o, da dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1967-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 17596934 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 *5 mart 1967-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE *498*997 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 27 aprel 1955-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 16184847 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 15 fevral 1966-cı ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4*1* nömrəli, 27 fevral 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi 9 nömrəli evdə yaşayır. İş materiallarında olan ******* arayışdan müəyyən olunur ki, Ərizəçi 1* iyul 1967-ci ildə doğulmuşdur, atası X8, anası X7r. İş materiallarında olan qəbrin fotoşəkilindən görünür ki, X8 17 aprel 1988-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 iyul 2*22-ci il tarixli 459-*5/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona ölüm faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*7.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X2 17 aprel 1988-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 22*.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 22*, 227, 3*7, 3*8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 17 aprel 1988-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2721/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2721/2022
12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver