Məhkəmə qərarları › İş №2(021)-2743/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2743/2024

25.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2743/2024 25.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Firidun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası 23 may 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X6 1932-ci ildə anada olmuşdur. Anası 23 may 2024-cü il tarixdə beyin qanamasından Bərdə rayon Xanərə kəndində vəfat etmiş və Bərdə rayon Xanərəb qəbristanlığında dəfn olunmuşdur. O, baş qarışıqlığından mərhum anasına ölüm haqqında şəadətnamə ala bilməmişdir. Halhazırda onun sənədləşdirmə işlərində problemləri yaranır. Bununla bağlı bir çox yerlərə müraciət etdikdə ondan mərhum anasının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Lakin anasının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün onlar ölüm haqqında şəhadətnaməni təqdim edə bilmirlər. O, mərhum anasına X3 ölüm haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etmiş, lakin ölümdən uzun müddət keçdiyi üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina edirlər və məhkəməyə müraciət etməyini bildiriblər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, bildirdi ki, anası X6 23 may 2024-cü il tarixdə beyin qanamasından vəfat etmişdir. Anası vəfat edərkən kənd bələdiyyəsindən və kənd icra nümayəndəliyindən arayış almışdır, lakin sonradan ona məlum olmuşdur, həmin sənədlər kifayət etmir, ölüm haqqında şəhadətnamə almaq lazımdır. Anası xəstəxanada qeydiyyatda olmamışdır, ölüm haqqında şəhadətnamə onlar ölüm pulunu almaq üçün lazımdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Bərdə rayonu, Xanərəb kəndində anadan olmuşdur. Bərdə rayon Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli Arayışdan görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. X5, anası X4r. İş materiallarına əlavə edilmiş Seriya AZE №06423914 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 XX.XX.1932-ci il tarixdə Bərdə rayonu, Xanərəb kəndində anadan olmuşdur. Bərdə rayon Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Xanərəb kənd İƏDÜN-nin 25 iyun 2024cü il tarixli, 185 nömrəli arayışından görünür ki, X6 23 may 2024-cü il tarixdə vəfat etmişdir, mərhum Xanərəb kənd qəbristanlğında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Xanərəb kənd İƏDÜN-nin 25 iyun 2024cü il tarixli, 186 nömrəli arayışından görünür ki, Ərizəçi 23 may 2024-cü il tarixdə vəfat etmiş anasının yas xərcini özü çəkmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında məlumat vərəqəsindən görünür ki, X6 23 may 2024-cü il tarixdə beyin qanamasından vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Seriya AA9610274 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 01 iyun 1973-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA5258418 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 26 may 1988-ci ildə doğulmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 bildirmişdir ki, mərhum X8 onun anasıdır. Anası 23 may 2024-cü il tarixdə xəstəlikdən vəfat etmiş və Bərdə rayonu Xanərəb kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 bildirmişdir ki, ərizəçi X8 onun qayınanasıdır. X1 23 may 2024-cü ildə vəfat edib, onu Bərdə rayonu, Xanrəbə kənd qəbristanlığında dəfn ediblər. Yas mərasimində iştirak etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum anası – X6 23 may 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X2 23 may 2024-cü il tarixdə xəsətlik nəticəsində vəfat etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. XX.XX.1932-ci il tarixdə Bərdə rayonu, Xanərəb kəndində anadan olmuş X2 23 may 2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar