Məhkəmə qərarları › İş №2(021)-2771/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2771/2022

12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2771/2022 12.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X2nın *6 iyun 2022-ci ildə vəfat etməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 09 iyun *947-ci ildə Gəncə şəhərində anadan olmuşdur, uzun illər Bərdə şəhəri, uşaq xəstəxanasında işləmiş və təqaüdə çıxmışdır. *6 iyun 2022-ci ildə vəfat etmiş, Bərdə şəhəri İmamzadə qəbristanlığında dəfn edilmişdir. O, müalicə almış, infarkt keçirmiş, xəstə olduğu müddətdə *6 iyun 2022-ci ildə Bakı şəhərində oğlunun evində təcili yardım çağırılsa da qəflətən vəfat etmişdir. Bu barədə təcili yardımında arayışı vardır. Həkimin deməsinə görə ağciyər arteriyasından qəflətən vəfat etmişdir. Onun qolu qırıldığından vaxtında sənədləri Bərdə rayon xəstəxanasına təqdim edilmədiyindən, orada ölüm qeyd edilməmişdir. Onun X2nın ölüm şəhadətnaməsinin verilməsindən ötrü Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, mümkün olmamış, cavab verilmişdir ki, anasının ölüm faktının təsdiq edən tibbi şəhadətnamə və yaxud məhkəmə qətnaməsi tələb olunur. Ona görə də məhkəməyə müraciət etməlidir. X2 *6 iyun 2022-ci ildə Bərdə şəhər qəbristanlığında (İmamzadədə) dəfn edilməsini, Bakı şəhəri təcili tibbi yardım sənədi, şəhər sakinləri, məzarüstü daş abidəsi ilə təsdiq olunur. Odur ki, X3 *6 iyun 2022-ci ildə vəfat etməsi yəni ölüm qeyd edilməfaktının müəyyən edilməsinə dair məhkəmədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, Ərizəçi onun anasıdır. X* *6 iyun 2022-ci ildə Bakı şəhərində oğlunun evində qəflətən vəfat etmişdir, həmin vaxtı anasının qolu qırılmışdır. Bu səbəbdən təcili yardımın sənədlərni vaxtında xəstəxanaya verə bilməmiş, nənəsinin ölümü qeyd edilməmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, Ərizəçi onun həyat yoldaşıdır. X8 *6 iyun 2022-ci ildə qəflətən vəfat edib, ölümü qeyd edilməyib. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 093*3**02 nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx *972-ci ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri, Sabir küçəsi ev * ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 03597386 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 09 iyun *947-ci ildə Gəncə şəhərində doğulmuş, Bərdə şəhəri, Nizami küçəsi ev **2, mənzil 4* ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4037 nömrəli, 27 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə şəhəri, Sabir küçəsi ev * ünvanında yaşayır. İş materiallarında olan *6 iyun 2022-ci il tarixli Təcili və X5 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, *947-ci il təvəllüdlü X6 *6 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr.Adil Məmmədov 4*, mənzil 38 ünvanında həkimə qədər vəfat etməsi təsdiq edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli 445-05/*5 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona ölüm faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X3 *6 iyun 2022-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 09 iyun *947-ci ildə doğulmuş X3 *6 iyun 2022-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar