Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2811/2023 20.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 19 yanvar 2012-ci il tarixdə Bərdə rayon Həsənqaya İƏD-də nömrə 5 ilə rəsmi nikaha daxil olmaqla ailə qurublar. Birgə nikahalrından 24 iyul 2011-ci il təvəllüdlü X5, 30 may 2014-cü il təvəllüdlü X6 və 04 dekabr 2015-ci il təvəllüdlü X7 adlı üç övladları doğulmuşdur. Ər-arvad kmi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kmi yaşamaqları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. Qeyd edir ki, ayrı yaşadıqları müddətdə birgə nikaglarından olan üç övladları onun yanında qalır və onun bütün maddi və mənəvi ehtiyaclarını o, ödəyir. Maraqlı şəxs uşaqların saxlanması üçün heç bir yardım gösətrmir. 30 may 2023-cü il tarixdə olan nigahın pozulması, uşaqların onun himayəsində və aliment tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət ediblər. 30 may 2023-cü il tarixdə medaisiya prosesində 19 yanvar 2012-ci il tarixində Bərdə rayonu Həsən qaya kənd İƏD 05 nömrə ilə qeydiyyata alınmış nigahının pozulmasına birgə nikahdan doğulmuş uşaqlarının onun himayəsində qalmasına və övladlarının yetkinlik yaşına çatana saxlanılması üçün 100 manat cəmi 300 manat alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılğa gəliblər. Bu səbəbdən Barışıq sazişini imzalayıblar. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Yaqulla qızı xx xxxxxx 1993-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs 07 avqust 1987-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 466 nömrəli, 30 may 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Maraqlı şəxs Bərdə rayonu, Həsənqaya kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayon Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 471 nömrəli, 31 may 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Məmmədova X9 rayonu, Həsənqaya kəndində yaşayır. Mülki işə əlavə edilmiş AZ-İ 716580 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs ilə X8 arasında nikah Bərdə rayonu, Həsənqaya kənd icra nümayəndəliyində 05 nömrəli akt qeydi ilə bağlanmışdır, nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİ 826864 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 24 iyul 2011-ci ildə doğulmuşdur, atası Maraqlı şəxsdur, X2r. Mülki işə əlavə edilmiş AZ-İİİ 034017 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 30 may 2014-cü ildə doğulmuşdur, atası Maraqlı şəxsdur, X2r. Mülki işə əlavə edilmiş AZ-İİİ 655694 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 04 dekabr 2015-ci ildə doğulmuşdur, atası Maraqlı şəxsdur, X2r. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 30 may 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirir ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 19 yanvar 2012-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kənd İcra Nümayəndəliyinin akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir.Tərəflərin birgə nikahlarından 24 iyul 2011-ci il təvəllüdlü X5, 30 may 2014-cü il təvəllüdlü X6 və 04 dekabr 2015-ci il təvəllüdlü X7 adlı övladları olmuşdur.Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibələri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətlər pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək İkinci tərəf ilə aralarında bağlanmış 19 yanvar 2012-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kənd İcra Nümayəndəliyinin akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmiş rəsmi nikahın pozulması təklifini vermişdir. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildmişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirmişdir ki, birinci tərəf ilə aralarında 19 yanvar 2012-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kənd İcra Nümayəndəliyinin akt qeydləri kitabında 05 nömrəli rəsmi nikahın pozulmasına tam razıdır və birgə nikahlarından olan 24 iyul 2011-ci il təvəllüdlü X5, 30 may 2014-cü il təvəllüdlü X6 və 04 dekabr 2015-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması və azyaşlı övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 300 manat aliment məbləği ödənilməsini təklif etmişdir. Birinci tərəf bildirdi ki, ikinci tərəfin təklifi ilə tam razıdır və övladlarının ikinci tərəfindən himayəsində saxlanılmasına heç bir etirazı olmadığını və 24 iyul 2011-ci il təvəllüdlü X5, 30 may 2014-cü il təvəllüdlü X6 və 04 dekabr 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat aliment məbləğini ikinci tərəfin xeyrinə ödəməyi öz öhdəsinə götürür. Tərəflərə barışıq sazişinin şərtləri izah olundu, tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 30 may 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında”Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında 19 yanvar 2012-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kənd İcra Nümayəndəliyinin akt qeydləri kitabında 05 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqları 24 iyul 2011-ci il təvəllüdlü X5, 30 may 2014-cü il təvəllüdlü X6 və 04 dekabr 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat alimenti Maraqlı şəxs hər ay ödəməyi öhdəsinə götürməsi, 24 iyul 2011-ci il təvəllüdlü X5, 30 may 2014-cü il təvəllüdlü X6 və 04 dekabr 2015-ci il təvəllüdlü X3 anası Ərizəçi himayəsində qalmasına etiraz etməməsi barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 30 may 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 30 may 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim lsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2811/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2811/2023
20.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver