Məhkəmə qərarları › İş №2(021)-2836/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2836/2024

17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2836/2024 17.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Paşayev Ruhin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdehnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1nun 22 noyabr 1994-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 01 iyul 1994-cü il tarixdə Laçın rayonunda anadan olmuşdur. Mərhum X1 22 noyabr 1994-cü il tarixdə ürək tutmasından vəfat etmiş və Bərdə rayon Qarağacı kənd qəbristanlığında dəfn olunmuşdur. Onlar baş qarışıqlığından mərhum atalarına ölüm haqqında şəadətnamə ala bilməmişdir. Halhazırda bir çox sənədlərin hazırlanmasında ondan atasının ölümü haqqında şəhadətnaməni tələb edirlər. Lakin ölüm kağızı olmadığı üçün o, sənədləri hazırlaya bilmir. O, mərhum X1na ölüm haqqında şəhadətnamə almaq üçün Cavabdehnə müraciət edir, orda isə ölümdən uzun müddət keçdiyi üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina edirlər və məhkəməyə müraciət etməyini bildirdilər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Cavabdeh nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Bərdə rayon Qarağacı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AЭ №0972054 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1959-cu ildə doğulmuşdur, X1, anası X2r. İş materiallarına əlavə edilmiş Sovet Sosialist Respublikaları İttifaqı Vətəndaşının pasportunun surətindən müəyyən olunur ki, X8 01 iyul 1927-ci ildə Bərdə rayon Qarağacı kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 449 nömrəli xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, mərhum X8 22 noyabr 1994-cü il tarixdə vəfat etmiş və Qarağacı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş qəbir daşının əks olunduğu foto-şəkildən görünür ki, X5 ölüm tarixi 22 noyabr 1994-cü il kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X3 mərhum atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 məhkəmə bildirmişdir ki, mərhum X7 onun qaynatasıdır. Qaynatası ürək tutmasından 22 noyabr 1994-cü il tarixdə vəfat etmiş və Bərdə rayonu, Qarağacı kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 bildirmişdir ki, ərizəçi atasıdır. X1 həqiqətən 22 noyabr 1994-cü il tarixdə vəfat etmiş və Qarağacı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum atası- X5 22 noyabr 1994-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X5 22 noyabr 1994-cü il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 01 iyul 1927-ci il tarixdə Bərdə rayon Qarağacı kəndində anadan olmuş X5 22 noyabr 1994-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar