Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2842/2024 05.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlu, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı maddi, mənəvi təzminat və Ailə Məcəlləsinə görə yaranan hüquqların təmin edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahda olan oğlu X1 anasında qalması, uşağa görə hər ay atasından 235 manat sabit pul məbləğində aliment kəsilərək ona ödənilməsi öhdəliyinin qoyulması, uşaq 3 yaşa çatana qədər hər ay 100 manat məbləğində baxım pulu kəsilərək uşağın atasının öhdəliyinə qoyulması, toy vaxtı ona həddiyyə olunan zinyət əşyalarının həyat yoldaşından alınaraq tam və əksiksiz ona verilməsi, geyimlərinin həyat yoldaşından alınaraq tam və əksiksiz ona verilməsi, cehiz əşyalarının tam və əksiksiz ona qaytarılması, evdə qalan 740 manat məbləğində şəxsi pulun həyat yoldaşından alınaraq ona verilməsi, uşağı üçün evdəki kassada yığılan 500 manat pulun həyat yoldaşından alınaraq ona verilməsi, qaynatasının onlara hədiyyə etdiyi və yaşadıqları evin 50% hissəsinin ona verilməsi, qaynatası Cavabdeh1 5000 manat maddi təzminat kəsilib onun xeyrinə ondan tutulması öhdəliyinin qoyulması, həyat yoldaşı Cavabdeh2 maddi təzminat kəsilib onun xeyrinə tutulması öhdəliyinin qoyulması, həyat yoldaşı Cavabdeh2 və qaynatası Cavabdeh1 etdiklərində aldatma faktı və tərkibi (cinayət) olduğundan barələrində xüsusi qərar çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılır. İddiaçı qeyd olunan maddənin tələblərinə əməl etməyərək, iddia əriəsini bir neçə cavabdehə qarşı, bir neçə tələbləri birlikdə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı maddi, mənəvi təzminat və Ailə Məcəlləsinə görə yaranan hüquqların təmin edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149- 152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı maddi, mənəvi təzminat və Ailə Məcəlləsinə görə yaranan hüquqların təmin edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2842/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2842/2024
05.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver