Məhkəmə qərarları › İş №2(021)-2846/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2846/2023

23.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2846/2023 23.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə ailə həyatı qurmuş, nikahları 16 aprel 2022-ci il tarixdə rəsmən qeydiyyata alınmış, birgə nikah dövründən 25 sentyabr 2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Ailə qurduğu ilk vaxtlarda mehriban yaşasalarda sonrdan ailə münasibətləri tamamilə kəsilmiş, ayrılmışdır. Belə ki, həyat yoldaşı onu bir həyat yoldaşı kmi saymamış, ona hörmət etməmiş, evdə əsassız söz söhbətlər yaratmışdır. Halhazırda 1 azyaşlı uşağı ilə valideynlərinin himayəsində yaşayır. Nikahları formal xarakter daşıyır. Nikahlarının pozulmasında israrlıdır. Bunun üçündə o, ilkin prosedur kimi Mediasiya şurasına müraciət etmiş və onların işinə baxılması üçün mediator təyin edilmişdir. İlkin medasiya prosesində cavabdeh onula ortaq fikrə gələrək aralarında bğlanmış 16 aprel 2022-ci il tarixli nikahın pozulmasına, 22 sentyabr 2018-ci il təvəllüdlü X3 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazının olmadığını və birinci tərəfin təklif etdiyi hər ay 220 manat məbləğində aliment ödəməyə imkanı olmadığını bildirərək 180 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Bununla bağlı 09 iyun 2023-cü il tarixdə Mediasiya təşkilatında öz aralarında Barışıq sazişi bağlanmışdır. Bunun üçündə barışıq sazişini təstiq olunmasını istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 2002-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Tərtər rayyon Mamırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 132 nömrəli, 10 aprel 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatdadır, müvəqqəti olaraq Poladlı kəndi ərazisində yaşayır, məcburi köçkündür. Mülki işə əlavə edilmiş AZ-İİ 492266 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs ilə Ərizəçi arasında nikah X8 Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində 514 nömrəli akt qeydi ilə bağlanmışdır, nikahdan sonra arvada Səfərova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İV 718815 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 25 sentyabr 2018-ci ildə doğulmuşdur, atası Maraqlı şəxsdur, Ərizəçidır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 09 iyun 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildiri ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 16 aprel 2022-ci il tarixdə X8 Xidmət mərkəzi Qeydiyyat Şöbəsində 514 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 25 sentyabr 2018-ci il təvəllüdlü X5 adlı övladları olmuşdur olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibələri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətlər pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək İkinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, birgə nikahlarından olan 25 sentyabr 2018-ci il təvəllüdlü X3 himayyəsində saxlanılmasını və azyaşlı övladının saxlanılması üçün aliment tələbi ilə təklif vermişdir. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təklif ilə tanış olaraq tam razılaşdığını bildirmişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirir ki, birinici tərəf ilə aralarında 16 aprel 2022-ci il tarixdə X8 Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində 514 nömrəli rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan 25 sentyabr 2018-ci il təvəllüdlü X3 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını və azyaşlı övladının saxlanılması üçün isə hər ay 180 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirir və hər ayın 10-u birinci tərəfə ödəməyi öz öhdəsinə götürür. Birinci tərəf bildirir ki, ikinci tərin hər ay 180 manat aliment məbləği ödəməsi təklifi ilə tam razıdır və qəbul edir. Tərəflərə barışıq sazişinin şərtləri izah olundu, tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 09 iyun 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında nikah X8 Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində 514 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqları 25 sentyabr 2018-ci il təvəllüdlü X1 üçün 180 manat alimenti Maraqlı şəxs hər ay ödəməyi öhdəsinə götürməsi, 25 sentyabr 2018-ci il təvəllüdlü X3 anası Ərizəçi himayəsində qalmasına etiraz etməməsi barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 09 iyun 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 09 iyun 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar