Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2860/2024 08.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Ərizəçiiştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi) Maraqlı şəxs (bundan sonra maraqlı şəxs) qаrşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 21 iyun 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs - Maraqlı şəxs ilə 04 sentyabr 2007- ci il tarixdə Ağdam rayon İcra Hakimiyyətinin Şıxbabalı kənd ərazi nümayəndəliyinin akt qeydlər kitabında № 20-ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 19 iyun 2008-ci il təvəllüdlü X12, 18 oktyabr 2009-cu il təvəllüdlü X11 və 12 iyun 2015-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaqları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. xx.xx.2024-cü il tarixdə aralarında olan nikahın pozulması, uşaqların onun himayəsində saxlanılması və aliment tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişlər. Mediasiya prosesində 04 sentyabr 2007-ci il tarixdə Ağdam rayon İcra Hakimiyyətinin Şıxbabalı kənd ərazi nümayəndəliyinin akt qeydlər kitabında № 20 ilə rəsmi nikahlarının pozulmasına, birgə nikahlarından olan 19 iyun 2008-ci il təvəllüdlü X12, 18 oktyabr 2009cu il təvəllüdlü X11 və 12 iyun 2015-ci il təvəllüdlü X5 adlı övladları onun himayəsində saxlanılmasına və uşaqların saxlanılmasına görə hər ay hər uşaq üçün 70 manat olmaqla cəmi 210 manat alimentin onun xeyrimə ödənilməsi tələbinə dair maraqlı şəxs - Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəlmişlər.Bu səbəbdən Barışıq sazişini imzalamışlar. Maraqlı şəxs - Maraqlı şəxs mediasiya prosesində bağladıqları xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Maraqlı şəxs məhkəməyə ərizə göndərərək, ölkə xaricinə gedəcəyi üçün məhkəmədə iştirakını təmin edə bilməyəcəyini nəzərə alaraq, onun iştirakı olmadan məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1984-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Ağdam RİHB-nın Şıxbabalı ərazi nümayəndəliyi tərəfindən verilmiş 04 sentyabr 2007-ci il tarixli AZ-İ seriyalı 343326 nömrəli, nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi nikahı 04 sentyabr 2007-ci il tarixində 20 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Pürkeştasib soyadı verilmişdir. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyun 2015-ci il tarixli AZ-İİİ 548716 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 02 iyun 2015-ci ildə X6 adlı uşaqları anadan olmuşdur. 02 iyun 2015ci ildə anadan olmuş X4 atası Maraqlı şəxs, anası Ərizəçidır. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 iyul 2008-cı il tarixli AZ-İİ 124273 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 19 iyun 2008-ci ildə X12 adlı uşaqları anadan olmuşdur. 19 iyun 2008ci ildə anadan olmuş X8 atası Maraqlı şəxs, anası Ərizəçidır. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 iyul 2011-cı il tarixli AZ-İİ 690246 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 18 oktyabr 2009-cu ildə X11 adlı uşaqları anadan olmuşdur. 18 oktyabr 2009-cu ildə anadan olmuş X7 atası Maraqlı şəxs, anası Ərizəçidır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 may 2024-cü il tarixli 2399 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs ünvan 4 ünvanında yaşayır. X2 iştirakı ilə tərtib edilən 21 iyun 2024-cü il tarixli MŞB/MT039-2024-00590 nömrəli protokoldan görünür ki, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümküsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. X2 iştirakı ilə tərtib edilən 21 iyun 2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf (Ərizəçi; AA*******; 2 YX84L T; xx.xx.1986), ikinci tərəf (Maraqlı şəxs; AA*******; xxxxxxx; xx.xx.1984) ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 04 sentyabr 2007-ci il tarixdə Ağdam rayon İcra Hakimiyyətinin Şıxbabalı kənd ərazi nümayəndəliyinin akt qeydlər kitabında № 20-ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 19 iyun 2008-ci il təvəllüdlü X12, 18 oktyabr 2009-cu il təvəllüdlü X11 və 12 iyun 2015-ci il təvəllüdlü X5 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar. Tərəflər aralarında bağlanmış 04 sentyabr 2007-ci il tarixdə Ağdam rayon İcra Hakimiyyətinin Şıxbabalı kənd ərazi nümayəndəliyinin akt qeydlər kitabında № 20-li rəsmi nikahın pozulmasını, birgə nikahlarından olan 19 iyun 2008-ci il təvəllüdlü X12, 18 oktyabr 2009-cu il təvəllüdlü X11 və 12 iyun 2015-ci il təvəllüdlü X3 birinci tərəfin (Ərizəçi; AA*******; xxxxxxx; xx.xx.1986), himayəsində saxlanılmasını, övladlarının saxlanılmasına görə ikinci tərəfdən (Maraqlı şəxs; AA*******; xxxxxxx; xx.xx.1984) hər ay hər uşaq üçün 70 (yetmiş) manat olmaqla ümumilikdə, cəmi 210 (İki yüz on) manat sabit pul məbləğində aliment məbləğinin birinci tərəfin (Ərizəçi; AA*******; xxxxxxx; xx.xx.1986) xeyrinə ödənilməsi tələbi ilə təklif verdilər. Tərəflər ilə aparılmış söhbət zamanı Mediasiyada qarşılıqlı razılaşaraq bildirdilər: a) Aralarında bağlanmış 04 sentyabr 2007-ci il tarixdə Ağdam rayon İcra Hakimiyyətinin Şıxbabalı kənd ərazi nümayəndəliyinin akt qeydlər kitabında №20- li rəsmi nikahın pozulmasına tam razılaşır və öz öhdələrinə götürürlər. b) Birgə nikahlarından 19 iyun 2008-ci il təvəllüdlü X12, 18 oktyabr 2009-cu il təvəllüdlü X11 və 12 iyun 2015-ci il təvəllüdlü X3 birinci tərəf (Ərizəçi; AA*******; xxxxxxx; xx.xx.1986), himayəsində saxlanılmasına tam razılaşaraq öz öhdələrinə götürürlər. c) Birgə nikahlarından olan 19 iyun 2008-ci il təvəllüdlü X12, 18 oktyabr 2009-cu il təvəllüdlü X11 və 12 iyun 2015-ci il təvəllüdlü X1 görə ikinci tərəfdən (Maraqlı şəxs; AA*******; xxxxxxx; xx.xx.1984) hər ay hər uşaq üçün 70 (yetmiş) manat olmaqla ümumilikdə, cəmi 210 (İki yüz on) manat sabit pul məbləğində Aliment məbləğinin birinci tərəfin (Ərizəçi; AA*******; xxxxxxx; xx.xx.1986) xeyrinə ödənilməsinə tam razılaşaraq öz öhdələrinə götürürlər. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. xx.xx.2024-cü il tarixli 8589 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı mediasiya xərcləri üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli 16812 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və X2 iştirakı ilə, 21 iyun 2024-cü il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişi tam imzalandığı gündən könüllü şəkildə icra olunmalı olduğu halda Maraqlı şəxs tərəfindən icra edilməmişdir. Bu səbəbdən də, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 21 iyun 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50-ci maddəsinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 52-ci maddəsinə görə, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-nin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: 1.Ərizə təmin edilsin. Mediasiya prosesi nəticəsində bağlanmış 21 iyun 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin.
2. Birinci tərəf- Ərizəçi ilə İkinci tərəf- Maraqlı şəxs arasında 04 sentyabr 2007-ci il tarixdə Ağdam rayon İcra Hakimiyyətinin Şıxbabalı kənd ərazi nümayəndəliyinin akt qeydlər kitabında № 20-li rəsmi nikah pozulsun.
3. Birgə nikahlarından olan 19 iyun 2008-ci il təvəllüdlü X12, 18 oktyabr 2009-cu il təvəllüdlü X11 və 12 iyun 2015-ci il təvəllüdlü X3 birinci tərəf (Ərizəçi) himayəsində saxlanılsın.
4. Birgə nikahlarından olan 19 iyun 2008-ci il təvəllüdlü X12, 18 oktyabr 2009-cu il təvəllüdlü X11 və 12 iyun 2015-ci il təvəllüdlü X1 görə ikinci tərəfdən (Maraqlı şəxs) hər ay hər uşaq üçün 70 (yetmiş) manat olmaqla ümumilikdə, cəmi 210 (İki yüz on) manat sabit pul məbləğində Aliment məbləğinin birinci tərəfin (Ərizəçi) xeyrinə ödənilsin.
5. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.
Hakim:Ziya Abdullayev