Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2888/2023 22.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, \ Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhumə nənəsi X4 09 may 2023-cü il tarixdə Bərdə rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi X6 XX.XX.1928-ci ildə Kəlbəcər rayon Qaraçanlı kəndində anadan olmuşdur. X6 09 may 2023-cü il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmiş və Bərdə rayon Zümürxan kənd qəbirsanlığmda dəfn olunmuşdur. Onlar baş qarışıqlığından mərhum nənələrinə ölüm haqqında şəadətnamə ala bilməmişdir. Hal-hazırda bir çox sənədlərin hazırlanmasında ondan nənəsinin ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Lakin ölüm kağızı olmadığı üçün o, sənədlərini hazırlaya bilmir. O, mərhumə nənəsi X5 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edir, orda isə ölümdən uzun müddət keçdiyi üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina edirlər və məhkəməyə müraciət etməyimi bildiriblər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, Ərizəçi qardaşı oğludur. X1 isə onun anasıdır, anası 09 may 2023-cü ildə vəfat edib. Onun Bərdə rayonu, Zümürxan kənd qəbristalığında dəfn ediblər. İndi isə bilmişdir ki, ölümü qeydə aldırmayıblar. Ona görə də ölüm haqqında şəhadətnamə ala bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, Ərizəçi qardaşı oğludur. X3 09 may 2023-cü ildə vəfat edib, lakin ölümü qeyd edilməyib və ölüm haqqında şəhadətnamə almayıblar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi 14 aprel 1992-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE 05080434 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 XX.XX. 1928-ci ildə Kəlbəcər rayonunda doğulmuşdur, Kəlbəcər rayonu, Almalıq kəndində qeydiyyatda olmuşdur. İş materiallarında olan AZE 02343418 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 01 oktyabr 1953-cü ildə Kəlbəcər rayonunda doğulmuşdur, Kəlbəcər rayonu, Almalıq kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Zümürxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 234 nömrəli, 20 iyun 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Zümürxan kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu, Zümürxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 234 nömrəli, 20 iyun 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X6 09 may 2023-cü il tarixdə vəfat edib, Bərdə rayon Zümürxan kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AA 297703 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, Musayev X7 rayonundan məcburi köçkündür. İş materiallarında olan ölüm haqqında məlumat vərəqəsindən müəyyən olunur ki, X2 rayonu, Zümürxan kəndində beyinə qansızmadan ölmüşdür. İş materiallarında olan qəbrin fotoşəklindən görünür ki, X6 09 may 1928-ci ildə doğulmuş, 09 may 2023-cü ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 3-16-5/8- 15-231/2023 saylı məktubdan müəyyən olunur ki, Ərizəçi məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X4 09 may 2023-cü ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ölüm faktının müəyyən olunması ərizəçinin lazımi sənədləri başqa qaydada ala bilməməsi üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4 09 may 2023-cü ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2888/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2888/2023
22.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver