Məhkəmə qərarları › İş №2(021)-2889/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2889/2024

22.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2889/2024 22.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış 04 iyun 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Maraqlı şəxs ilə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi akt qeydləri kitabında 63 nömrəli rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarıdan xx.xx.2023-cü il təvəllüdlü X10 anadan olmuşdur. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaqları mümkün deyil. Xeyli müddətdir ki ayrı yaşayırlar. xx.xx.2024-cü il tarixdə aralarında olan nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və alimetin tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişdir. Mediasiya prosesində xx.xx.2024-cü il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsi akt qeydlər kitabında 63 nömrə ilə rəsmi nikahlarının pozulması, birgə nikahlarında xx.xx.2023-cü il təvəllüdlü X10 adlı övladının Maraqlı şəxs himayəsində saxlanılmasına və uşağın saxlanılmasına görə hər ay 150 manat aliment və uşağın 3 yaşa qədər saxlanması xərci olaraq 50 manat sabit pul məbləğində aliment olmaqla, cəmi 200 sabit pul məbləğində alimentin Maraqlı şəxs Elzan qızının xeyrinə ödənilməsi tələbinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəlmişlər. Lakin maraqlı şəxs barışıq sazışının şərtlərinə əməl etməmiş və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış 04 iyun 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, ərizəsini təsdiq edir. Boşanmaqla bağlı Maraqlı şəxs ilə razılığa gəlmişlər. Uşağın ananın himayəsində saxlanmasına etiraz etmir. Məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Maraqlı şəxs xx.xx.1997-ci il tarixdə Bərdə rayonu Muğanlı kəndində anadan olmuşdur. xx.xx.2022-ci il tarixdən Bərdə rayonu Mollalı ƏD Molallı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZ-İV 850542 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası isə Maraqlı şəxsdır. Mülki iş materiallaırna əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonunun xx.xx.2021-ci il tarixli kitabının 63 saylı səhifəsindən görünür ki, Ərizəçi ilə X11 arasında rəsmi nikah bağlanmışdır. X8 Məmmədova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki;

1. Birinci tərəf- ( Ərizəçi AA0214541;xxxxxxx;xx.xx.1997) ikinci tərəf ( Maraqlı şəxs AA*******;xx.xx.1997) ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları xx.xx.2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayon qeydiyyat şöbəsi akt qeydləri kitabında 63 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X10 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi akt qeydləri kitabında 63 nömrəli rəsmi nikah pozulmasını, birgə nikahlarından olan xx.xx.2023-cü il təvəllüdlü X6 ikinci tərəf (Maraqlı şəxs AA*******;xx.xx.1997) himayəsində saxlanmasını və övladının saxlanmasına görə birinci tərəfdən hər ay 150 manat aliment və uşağın 3 yaşa qədər saxlanmasına görə 50 manat olmaqla ümumilikdə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment məbləğinin ikinci tərəfin (Maraqlı şəxs AA*******;xx.xx.1997) xeyrinə ödənilməsi tələbi ilə təklif vermişlər.

2. Tərəflər arasında bağlanmış söhbət zamanı mediasiyada qarşlıqlı razılaşaraq bildirdilər: a) Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi akt qeydləri kitabında 63 nömrəli rəsmi nikahın pozulmasına tam razılaşır və öz öhdələrinə götürürlər. b) Birgə nikahlarından olan xx.xx.2023-cü il təvəllüdlü X10 ikinci tərəfinin ( Maraqlı şəxs AA*******;xx.xx.1997) himayəsində saxlanılmasına tam razılaşaraq öz öhdələrinə götürürlər. c) Birgə nikahlarından olan xx.xx.2023-cü il təvəllüdlü X1 görə birinci tərəfdən (Ərizəçi AA0214541;xxxxxxx;xx.xx.1997)hər ay 150 manat aliment və uşağın 3 yaşa qədər saxlanılmasına görə 50 manat olmaqla ümumilikdə,cəmi 200 manat sabit pul məbləğində aliment məbləğinin ikinci tərəf (Maraqlı şəxs AA*******;xx.xx.1997) xeyrinə ödənilməsinə tam razılaşaraq öz öhdələrinə götürürlər.

3. barışıq sazişi tərəflərin sözləri ilə yazıldı və doğruluğunu öz imzaları ilə təqdiq etmişlər.

4. Tərəflərə barışıq sazişinin şərtləri izah olundu.

5. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 04 iyun 2024cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 21.1 ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikasının Uşaq Haqqında Qanunun 5,8-ci maddələrinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideyinlər müstəqil müəyyən edirlər. Valideyinlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş /aliment ödənilməsi barədə/ bağlamaq hüququna malikdirlər. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Milli Məclisin 21 iyul 1992-ci il tarixli, 236 saylı qərarı ilə qoşulduğu X5 «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin 1-ci hissəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Maraqlı şəxs və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 04 iyun 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsində qeydə alınmış 63 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahlarından olan xx.xx.2023-cü il tarixdə anadan olmuş X10 anası X7 himayəsində saxlanılmalı və xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 üçün Ərizəçi hər ay 150 manat sabit pul məbləğində aliment və 3 yaşa qədər saxlanması üçün 50 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutularaq Maraqlı şəxs verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 06 avqust 2024-cü il tarixdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 04 iyun 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2021- ci il tarixdə Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsində qeydə alınmış 63 saylı akt qeydi ilə qeydə alınmış rəsmi nikah pozulsun. Tərəflərin birgə nikahlarından olan xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 Zəminə Elxan qızının himayəsində saxlanılsın. xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 üçün Ərizəçi 06 avqust 2024-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment və 3 yaşa qədər saxlanması üçün 50 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutularaq Maraqlı şəxs verilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər.

Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar