Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2996/2024 03.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə tikilmiş əmlakın bərabər payda bölünüb verilməsi” tələbinə dair mülki işə 03 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh zızı ilə birgə nikah dövründə tikilmiş oldiuğu Bərdə şəhər Aslan Vəzirov küçəsində 0.02 ha torpaq sahəsi ilə birlikdə, fərdi yaşayış evinin yarı dəyəri olan 10 000 manat pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə vərərək işin baxılmamış saxlanmasını və sənədlərinin ona geri qaytarılmasını xahiş etmişdir. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0-11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cavabdeh ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə tikilmiş əmlakın bərabər payda bölünüb verilməsi” tələbi barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın.
2. İddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu ona geri qaytarılsın.
3. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim:Ziya Abdullayev