Məhkəmə qərarları › İş №2(021)-3028/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3028/2023

18.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3028/2023 18.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazır ki, iş üzrə Maraqlı şəxs ilə 06 dekabr 2010-cu il tarixində Bərdə rayonu Qeydiyyat Şöbəsində 659 nömrə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdurlar. Birgə nikahlarından 26 oktyabr 2011-ci il təvəllüdlü X4, 07 fevral 2013-cü il təvəllüdlü X12 və 01yanvar 2016-cı il təvəllüdlü X6 adlı üç övladları olmuşdur. Əvvəllər ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münəsibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamağları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar.Qeyd edir ki, ayrı yaşadığları müddətdə birgə nikahlarından olan üç övladları onun yanında qalır və onun bütün maddi və mənəvi ehtiyyaclarını o, ödəyir. Maraqlı şəxs uşaqların saxlanılması üçün heç bir yardım göstərmir. 25 may 2023-ci il tarixdə aralarında olan nikahın pozulması, uşaqların onun himayəsində saxlanılması və aliment tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət ediblər. 25 may 2023-cü il tarixdə Mediasiya prosesində 06 dekabr 2010-cu il tarixində Bərdə rayon Qeydiyyat Şöbəsində 659 nömrə ila rəsmi nikahlarının pozulmasına, birgə nikahlarından doğulmuş 26 oktyabr 2011-ci il təvəllüdlü X2, 07 fevral 2013-cü il təvəllüdlü X7 və 01 yanvar 2016-cı il təvəllüdlü X3 onun himayəsində qalmasına və övladlarımını yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla ümumilikdə 330 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsinə dair Maraqlı şəxs ila qarşılıqlı razılığa gəliblər. Bu səbəbdə Barışıq sazişini imzalayıblar. Ərizəçi məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1984-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxxxxx 1982-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, Maraqlı şəxs ünvan 2 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş AZ-İ 635587 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs ilə Ərizəçi arasında nikah Bərdə rayonu, Qeydiyyat Şöbəsində 06 dekabr 2010-cu ildə 659 nömrəli akt qeydi ilə bağlanmışdır, nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİ 785616 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 26 oktyabr 2011-ci ildə doğulmuşdur, atası Maraqlı şəxsdur, Ərizəçidır. Mülki işə əlavə edilmiş AZ-İİİ 056396 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 07 fevral 2013-cü ildə doğulmuşdur, atası Maraqlı şəxsdur, Ərizəçidır. Mülki işə əlavə edilmiş AZ-İİİ 696667 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 01 yanvar 2016-cı ildə doğulmuşdur, atası Maraqlı şəxsdur, Ərizəçidır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 25 may 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildiri ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 06 dekabr 2010-cu il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 659 nömrə ilə qeydi edilmişdir. Tərəflərin birgə nikahlarından 26 oktyabr 2011-ci il təvəllüdlü X4, 07 fevral 2013-cü il təvəllüdlü X12 və 01 yanvar 2016-cı il təvəllüdlü X6 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur.Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf mediasiyaya müraciət edərək ikinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, birgə nikahlarından olan 26 oktyabr 2011-ci il təvəllüdlü X4, 07 fevral 2013-cü il təvəllüdlü X12 və 01 yanvar 2016-cı il təvəllüdlü X3 onun himayəsində saxlanılması üçün aliment tələbi ilə təklif vermişdir. İkinci tərəf mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildirmişdir. Aparılmış söhbət zamanı ikinci tərəflər bildirir ki, birinci tərəf ilə aralarında06dekabr 2010-cu il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 659 nömrəli rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan 26 oktyabr 2011-ci il təvəllüdlü X4, 07 fevral 2013-cü il təvəllüdlü X12 və 01 yanvar 2016-cı il təvəllüdlü X3 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığınıvə azyaşlı övladlarının saxlanılması üçün isə hər ay hər uşaq üçün 110 manat olmaqla ümuilikdə 330 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücü çatdığını bildirirdi və hər ayın 28-i birinci tərəfə ödəməyi öz öhdəsinə götürür. Birinci tərəf bildirdi ki, ikinci tərəfin hər ay hər uşaq üçün 110 manat olmaqla ümumilikdə 330 manat aliment məbləği ödənilməsi təklifi ilə tam razıdır və qəbul edir.Tərəflərə barışıq sazişininşərtləri izah olundu, tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxs X8 qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 30 may 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında Bərdə rayonu, Qeydiyyat Şöbəsində 06 dekabr 2010-cu ildə 659 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqları 26 oktyabr 2011-ci il təvəllüdlü X4, 07 fevral 2013-cü il təvəllüdlü X12 və 01 yanvar 2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 110 manat, ümumilikdə 330 manat alimenti Maraqlı şəxs hər ay ödəməyi öhdəsinə götürməsi, 26 oktyabr 2011-ci il təvəllüdlü X4, 07 fevral 2013-cü il təvəllüdlü X12 və 01 yanvar 2016-cı il təvəllüdlü X3 anaları Ərizəçi himayəsində qalmalarına etiraz etməməsi barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 25 may 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 25 may 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar