Məhkəmə qərarları › İş №2(021)-3042/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3042/2025

30.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3042/2025 30.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı xx.xx.1987-ci il tarixdə Bərdə rayonu Bala Göyüşlü kəndində anadan olmuş.X4 xx.xx.1990-cı il tarixdə Bərdə rayonu Bala Göyüşlü kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X8 onun qardaşıdır. O, xx.xx.1987-ci ildə tarixdə Bərdə rayonu Bala Göyüşlü kəndində anadan olmuş xx.xx.1990cı il tarixdə Bərdə rayonu Bala Göyüşlü kəndində vəfat etmiş, xx.xx.1990-cı il tarixdə də dəfn edilmişdir. Qardaşı vəfat etdikdən sonra ərdə rayonu Böyük Göyüşlü kənd qəbristanlığında dəfn edilmişdir. Savadsızlıqdan və qardaşı çox kiçik yaşlarda vəfat etdiyi üçün ölüm haqqında şəhadətnamə almamışlar. Qardaşının ölümü haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə etdiyi müraciətə xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-252/2025 saylı məktubla cavab verilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə tədiq edilmiş “vətəndaşlaıq vəziyyəti aktlarının dövlət qeydiyyat qaydası” nın 8.5ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmaması nəzərə alaraq qeydiyyat şöbəsində Sizin ərizənizin təmin edilməsi mümkün deyil.Ölüm faktınını müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməyi məsləhət görülür” Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1982-ci ildə Bərdə rayonu Göyüşlü kəndində anadan olmuş, Bərdə rayonu Bala Göyüşlü kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Kolayır kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş Xİ-JQ364890 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 10 avqust 1987-ci ildə anadan olmuş, atası X9, anası X1 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 02 oktyabr 1987-ci il tarixdə 78 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Hüquqi Şəxs “ Bərdə Rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli, 18-1-28/2-1528/2025 nömrəli məktubdan görünür ki, X4 ölüm ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasında hər hansı bir məlumat (xəstəlik tarixi, tibbi şəhadətnamə və s) əşkar olunmamışdır. Bu səbəbdən də V.Vəliyevin adına ölüm haqqında tibbi şəhədətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş 28 aprel 2025-ci il tarixli, Bərdə rayon Otuzikilər Bələdiyyəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Bala Göyüşlü kənd sakini X8 23 fevral 1990-cı ildə vəfat etmişdir.X12 kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş məzar daşının fotoşəklindən görünür ki, məzar daşının üzərində X5 xx.xx.1987-ci ildə anadan olduğu, xx.xx.1990-cı ildə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, X4 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyatı orqanı ölüm faktını qeydə almaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X10 bildirmişdir ki, Ərizəçi ilə eyni kənddə yaşayırlar, qonşudurlar, ərizəçinin atası Ərşadın 4 övladı olmuş. Bir oğlu vəfat etmiş, lakin adını xatırlamır. DƏfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 izahatında göstərmişdir ki, ərizəçini tanıyır. Ərizəçi Bərdə rayonu Bala Göyüşlü kəndində doğulub və doğulandan həmin kənddə yaşayır. Atası Ərşadın 4 uşağı olmuş, oğlunun biri vəfat etmiş, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iclasında şahid qismində ifadə verən X2 izahatında göstərmişdir ki, ərizəçini tanıyır. Ərizəçi Bərdə rayonu Bala Göyüşlü kəndində doğulub və doğulandan həmin kənddə yaşayır. Atası Ərşadın 4 uşağı olmuş, oğlunun biri vəfat etmiş, Bala Göyüşlü kənd qəbristanlığında dəfn etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 izahatında göstərmişdir ki,Elməddini tanıyır. Qardaşı 3 yaşı olanda vəfat etmiş, adı yadında deyil, xəstəlikdən vəfat edib, dəfndə iştirak etmiş, Bala Göyüşlü kənd qəbristanlığında dəfn olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum xx.xx.1990-cı il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X4 23 fevral 1990-cı il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi qismən təmin edilsin. 10 avqust 1987-ci il təvəllüdlü X4 23 fevral 1990-cı il tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar