Məhkəmə qərarları › İş №2(021)-3058/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3058/2022

29.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3058/2022 29.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X* *9 iyun 2022-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası Ərizəçi 03 noyabr *965-ci ildə Kəlbəcər rayonu, Şurtan kəndində anadan olmuşdur. Bərdə rayonuna köçdükdən sorna Bərdə rayonu, Lənbəran kəndində yaşamışdır. Mərhum atası X** *9 iyun 2022-ci il tarixdə xəstəlikdən ölmüş və Tərtər rayonu, Dəmirçilər kənd qəbristanlığında dəfn edilmişdir. Həmin fakt Tərtər rayonu, Dəmirçilər Bələdiyyəsinin 23 avqust 2022-ci il tarixli 50 nömrəli arayışı ilə təsdiq olunmuş və şahidlər də təsdiq edə bilərlər. Lakin yas ərəfəsindən və bundan sonrakı günlərdə atası Zəfər Alıyevin ölüm faktını qeydiyyat şöbəsində qeyd etdirməmiş, onun barəsində ölüm haqqında şəhadətnamə almağı lüzum bilməmişdir. Hazırda mərhum atası Zəfər Alıyevin ölümü ilə bağlı heç bir qeyd yoxdur. Bu səbəbdən də bəzi problemlər yaranmışdır. Belə ki, mərhum atası Zəfər Alıyevin mülkiyyətində müəyyən əmlaklar vardır. Atası öləndən sonra miras əmlakı faktiki qəbul etsə də, ölüm haqqında şəhadətnamə olmadığından gələcəkdə mirası üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnam ala bilməyəcək və atasının mülkiyyəti olan əmlaklar haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmiş, orda məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. X* ölüm faktının qeyd edilməsini və ölüm haqqında şəhadətnaməni başqa yolda əldə edə bilmədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Ərizəçi oğludur. X2 isə həhyat yoldaşı olmuşdur. Həyat yoldaşı *9 iyun 2022-ci ildə vəfat edib, lakin ölümünü qeyd etdirməyiblər. Ölümü qeyd etdirmədiklərindən mərhum ərindən miras qalmış əmlak üzrə vərəsəlik şəhadətnaməsi ala bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, X2 atasıdır. Atası *9 iyun 2022-ci ildə vəfat edib, onu kənd qəbristanlığında dəfn edibilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx *988-ci ildə Kəlbəcər şəhərində doğulmuşdur, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE *5*38606 nömrəli şəxsiyyət vəsiqəsinin ssurətindən müəyyən olunur ki, X** 03 noyabr *965-ci ildə Kəlbəcər şəhərində doğulmuşdur, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatdadır. İş materiallarında olan AA *574*96 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 0* fevral *996-cı ildə doğulmuşdur. İş materiallarında olan AZE *6487803 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 05 yanvar *965-ci ildə Kəlbəcər rayonunda doğulmuşdur, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatdadır. İş materiallarında olan Kəlbəcər rayonu, Şurtan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 49 nömrəli, 22 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X** *9 iyun 2022-ci ildə Kəlbəcər rayonu, Şurtan kəndində vəfat etmişdir. İş materiallarında olan Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinin Bərdə rayon Bölməsi tərəfindən verilmiş 2078 saylı, 24 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Alıyev X7 rayonundan məcburi köçkündür, Bərdə rayonu Lənbəran kəndində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Xİİİ-JQ 305574 nömrəli doğum haqqında şəhdaətnaməsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx *988-ci ildə doğulmuşdur, atası X**, anası X5r. İş materiallarında olan AA *79*23 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, Alıyev X7 rayonundan məcburi köçkündür. İş materiallarında olan Tərtər rayonu, Dəmirçilər bələdiyyəsinin 50 saylı, 23 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X** *9 iyun 2022-ci il tarixdə Tərtər rayonu, Dəmirçilər kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *6 avqust 2022-ci il tarixli, 5*3-05/*5 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan qəbrin fotoşəkilindən müəyyən olunur ki, X** 03 noyabr *965-ci ildə doğulmuş, *9 iyun 2002-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X6 *9 iyun 2022-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 03 noyabr *965-ci ildə doğulmuş X6 *9 iyun 2022-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar