Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3059/2025 30.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Bərdə Rayonunda doğulmuş X5 xx.xx.2009-cu il tarixdə Bərdə rayonunda vəfat etm\si barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı X1 ilə 1988-ci iı tarixli rəsmi nikahlarından dünyayagəlmiş xx.xx.1995-ci il təvəllüdlü X12 2009-cu ildə iyun ayının 15-də vəfat etmişdir. Lakin övlad itgisiin onlara yaşatdığı dərin sarsıntı və məyusluq hissi onlara vaxtında övladına ölümə dair sənəd almaqlarına mane olmuşdur. Çünki gənc bir övladı itirmiş ana, ata üçün böyük acıdır, dərddir, qəblərindəağladan kədərdir, hüzün və ruh alında valideyn faciəsidir, ailə faciəsidir. Bu səbəblərdən də mən övladına ölüm şəhadətnaməsi ala bilməmiş, mərhum övladı Eşqin Bərdə rayon Hacallı kənd məzarlığında dəfn etmişlər.Bunun səbəbi isə qanundan xəbərsiz olmuş, elə bilmişdir ki, ölümə dair sənədi nə zaman istəsə ala bilərlər əsas odur ki, məzar var və deməli istəmilən zaman məzarın fotosunu VVAQ-a təqdim edərək övladının ölümünə dair sənəd əldə etməkləri mümkündür. Bərdə Rayonu Qeydiyyat Şöbəsinə yaxınlaşaraq oğluna dair sənədi əldə etsin. Ancaq VVAQ orqanı ona bildirdi ki, Mərkəzi Xəstəxanadan forma 106 verilməlidir. Mərkəzi Xəstəxanaya yaxınlaşaraq övladının ölümünə dair tibbi sənəd olan 106 əldə etmək istəsələr də ancaq RMX-nin rəhbərliyi onlara Təbibdən göstəriş var ki, vətəndaşın banka borcunun olmamasına dair arayış gətirilmərsə forma arayış verilməsjnin bildirmişlər. O övladının uşaq ikən vəfat etdiyini onun adına kredit ola bilməyəcəyini bildirsə də Bərdə RMX rəhbərliyi açıq şəkildə bildirmişdir ki, ona nə forma 106, nə yazılı imtina verə bilərlər. VVAQ Şöbəsindən məktub alaraq məhkməyə müraciət etmələri bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1967-ci ildə Bərdə rayonu Canavarlı kəndində anadan olmaqla, Bərdə rayonu Seyid Yusifli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ İ492991 nömrəli arayışdan görünür ki, X12 xx.xx.1995-ci ildə anadan olmuş ata qrafasında X6, ana qrafasında X1 qeyd edilməklə, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 57 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı kənd inzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 55 nörəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Seyid Yusifli kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı kənd inzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 55 nömrəli arayışdan görünür ki, X12 15 iyun 2009-cu ildə rəhmətə getmiş, Hacallı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan məzar daşının foto şəkilindən görünür ki, foto şəkildə X7 xx.xx.1995-xx.xx.2009-cu illərdə yaşadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Hüquqi Şəxs “ Bərdə Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli, 18-1-28/2-1401/2025 nömrəli məktubdan görünür ki, X5 ölüm ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasında hər hansı bir məlumat (xəstəlik tarixi, tibbi şəhadətnamə və s) əşkar olunmamışdır. Bu səbəbdən də E.Qasımlının adına ölüm haqqında tibbi şəhədətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, X5 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyatı orqanı ölüm faktını qeydə almaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 bildirmişdir ki, ərizəçi qardaşıdır. Qardaşının oğlu 15 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir. Uşaq xəstəxanada mülicə olunmuş, xəstəxanada vəziyyəti ağırlaşmış, evə gətirmişlər evdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 izahatında göstərmişdir ki, ərizəçini tanıyır. Ərizəçi ilə qonşudurlar. Əirzəçinin 4 övladı olmuşdur. Oğlu Eşqin vəfat etmişdir. Dəfn və yas mərasimində iştirak etmişdir. Eşqin Hacallı kənd qəbristanlığında dəfn olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, ərizəçi X2 oğlu mərhum X5 xx.xx.2009-cu il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X5 xx.xx.2009-cu il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi qismən təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü X5 xx.xx.2009-cu il tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3059/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3059/2025
30.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver