Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3094/2025 09.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Ərizəçi maraqlı şəxs Bərdə Regional “Asan” Xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi, Yevlax Rayon Polis Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktı” tələbinə dair mülki işə 09 sentyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, atası xx.xx.1954-cü ildə Yevlax rayonunda dünyaya gəlmiş X1 1992-ci il tarixdən sonra harda olması barədə ki ildən artıq bir müddətdə məlumatın olmaması, geri qaytarılmaması onun xəstəliklə əlaqədar vəfat etmiş olmasını güman etməyə əsas verdiyindən ərizə təmin edilərək atası X1 1992-ci ildə etibarən xəbərsiz itkin düşməsi hesab edilməklə xx.xx.1992-ci il tarixdən ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs Bərdə Regional “Asan” Xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi, Yevlax Rayon Polis Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktı” barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-3094/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3094/2025
09.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver