Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3198/2025 28.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlu, İddiaçı 13 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “əsaslı tikililər sökülərək torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı 13 saylı X3 Mərkəzi məhkəməyə torpağın qaytarılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mərkəzin balansında olan Meşə fond torpaqlarının 0,02 ha torpaq sahəsində olan 1 ədəd 6x10 m ölçüdə mişar daşından olan tikili sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək 13 saylı X1ytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumat əsasında Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində vergi orqanında vergi uçotuna alındığı müəyyən edilmişdir. İddia tələbi isə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 152.1.3–cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçı 13 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “əsaslı tikililər sökülərək torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı 13 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “tikilinin sökülərək torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3198/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3198/2025
28.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver