Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3212/2021 17.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 10.09.1995-ci ildə Bərdə rayonu Dəymədağıldı kəndində anadan olmuş oğlu X3 23.06.2004-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X6 onun oğludur. X13 10.09.1995-ci ildə anadan olmuş, 23.06.2004-cü ildə vəfat etmişdir. X7 Bərdə rayonu, Dəymədağıldı kənd qəbirstanlığında dəfn edilmişdir. Savadsızlıqlarından ölüm haqqında şəhadətnaməni almamışlar. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda X3 vəfat etməsi və Bərdə rayonu, Dəymədağıldı kənd qəbirstanlığında dəfn edilməsi qeyd edilmişdir. X1 ölümü haqqında şəhadətnamə alınması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon Qeydiyyatı Şöbəsinə ərizə ilə etdiyi müraciətə cavab verilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Hazırda sosial məsələlərin həlli ilə bağlı X3 ölüm faktınnın müəyyən olunması zərurəti yaranmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbıb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X4 və X5 Ərizəçi oğlu X3 23 iyun 2004-cü ildə vəfat etdiyini, sonuncunun yas mərasimində iştirak etdiklərini, X1 Bərdə rayonu Dəymədağıldı kənd qəbristanlığında dəfn edildiyini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Şirvanlı kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 09 aprel 1992-ci il tarixli V-ЖГ 356979 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə Ərizəçi 09 aprel 1992-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Rəfiyeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayonu Şirvanlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 09 oktyabr 1995-ci il tarixli XVİİİ-ЖГ 492748 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 10 sentyabr 1995-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında atası kimi X10, ana qrafasında anası kimi Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 949 saylı 06 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu Dəymədağıldı kənd sakini mərhum 12.09.1995-ci il təvəllüdlü X6 23.06.2004-cü ildə vəfat etmişdir və vəfat edən zaman ərazinin Dəymədağıldı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, X3 baş daşı üzərində ölüm tarixi 2004-cü il qeyd edilmişdir. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilmiş 563-05/15 nömrəli 27 avqust 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X3 23 iyun 2004-cü il tarixdə ölməsi faktı ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X3 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə sosial məsələlərin həlli üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilisin. Ərizəçi oğlu X3 23 iyun 2004-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3212/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3212/2021
17.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver