Məhkəmə qərarları › İş №2(021)-3215/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3215/2024

23.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3215/2024 23.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 23 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən mərhum X1 xx.xx.2024cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1968-ci il təvəllüdlü qardaşı X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qardaşı Bərdə rayon Mustafaağalı kənd qəbirstanlığında dəfn edilmişdir. X1 qeydiyyat şöbəsində ölüm aktı qeydiyyata alınmamışdır. Qardaşın ölümü bir çox məsələlərin həllində problemlər yaratmışdır. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edilsə də, həmin şöbənin xx.xx.2024-cüq il tarixli məktubu ilə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Ona görə də məhkəmədən mərhum X1 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bərdə rayon Mustafaağalı kənd qəbirstanlığında dəfn edilmişdir. Dəfn mərasimi Mustafaağalı kəndində həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bərdə rayon Mustafaağalı kənd qəbirstanlığında dəfn edilmişdir. Dəfnində iştirak etmişdir. İş materiallarında olan: Seriya AZE 0******* nömrəli şəxsyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuşdur. Bərdə rayonu Mustafaağalı kəndində yaşayır. xx.xx.2024-cü il tarixli Maraqlı şəxs Ərizəçi ünvanlanmış məktubundan görünür ki, mərhum vətəndaşın ölümünü təsdiq edən sənədin olamamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsi mümkün deyildir, odur ki, məhkəməyə müraciət etməyiniz məsləhət görülür. Ölüm haqqında məlumat vərəqəsindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə beyin infarktı nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Bərdə rayon İHB Mustafaağlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 201 saylı arayışdan görünür ki, Bərdə rayon Mustafaağalı kəndində qedydiyyatda olmuş Mustafaağalı kənd sakini X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Bərdə rayon İHB Mustafaağlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 202 saylı arayışdan görünür ki, Cavadov X8 rayonu Mustafaağalı kəndində daimi yaşayır. Azərbaycan Respublikası Bərdə rayon İHB Mustafaağlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 203 saylı arayışdan görünür ki, Bərdə rayon Mustafağalı kəndində qeydiyyatda olan Mustafaağalı kənd sakini olmuş, mərhum X7 xx.xx.2024-cü il tarixdə Bərdə rayon Mustafaağalı kəndində vəfat etmiş və Mustafağalı kənd qəbirstanlığında dəfn edilmişdir. AA ******* nömrəli şəxsiyyət vəiqəsinin surətindən görünür ki, X7 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. AA0434605 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki. X5 xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. xx.xx.20324-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bahadur oğlu xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. X2r. İş materiallarına əlavə olunumuş fotoşəkildən görünür ki. X7 1968-ci il tarixdə anadan olmuş, 2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X3 xx.xx.2024-cü il tarixdə vəfat edərək, Bərdə rayon Mustafaağalı kənd qəbirstanlığında ölməsi faktı ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X3 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə bir sıra məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: 1.Ərizə təmin edilsin. 2.X3 xx.xx.2024-cü il tarixdə ölməsi faktı müəyyən edilsin.

4. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. 5.Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilərlər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar