Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3228/2025 02.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X14, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə bacısı X2 02 avqust 1970-ci ildə, qardaşı X7 29 avqust 1974-cü ildə və qardaşı X4 17 yanvar 1977-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X10 ilə anası X3 birgə nikah dövründə anadan olmuş X1 02 mart 1970-ci il tarixdə Bərdə rayonunda, qardaşı X15 29 dekabr 1973-cü il tarixdə Bərdə rayonunda, qardaşı X13 17 yanvar 1976-cı il tarixdə Bərdə rayonunda anadan olmuşlar. X1 02 avqust 1970-ci il tarixdə 5 aylıq olanda, qardaşı X16 29 avqust 1974-cü ildə 8 aylıq olanda və qardaşı X13 17 yanvar 1977-ci il tarixdə 1 yaşı olanda vəfat etmiş və Bərdə şəhər İmamzadə qəbristanlığında dəfn olunmuşdur.Atası ilə anası baş qarşıqlığından bacı və qardaşlarına ölüm haqqında şəhadətnamə ala bilməmişlər.Daha sonra sonda vəfat etdiklərindən sənədləri alınmamışdır. Bacı və qardaşları anadan olub vəfat etdikdən sonra o dünyaya gəldiyi üçün həmin vaxt o da sənəd bilməmişdir. Hazırda o atasından və anasından miras olaraq qalmış fərdi yaşayış evini öz adına sənədləşdirmək üçün notariat konturuna müraciət etdiyi zaman orada ondan bacısı Elzanın və qardaşları Musa və Mahirin doğum haqqında şəhadətnamələrini və şəxsiyyət vəsiqələrini tələb edirlər. Həmin zaman ona məlum olmuşdur ki, bacı və qardaşlarının ölüm haqqında şəhadətnamələri alınmamışdır. Atası və anası vəfat etməmişdən əvvəl ondan əvvəl bacı və qardaşlarının olduğunu demişlər. Lakin onların doğum haqqında şəhadətnamələrinin olduğunu bilməmişdir. Hazırda bacı və qardaşları həyatda olmadıqları üçün onların ölüm haqqında şəhadətnamələrini təqdim etməlidir.Lakin ölüm kağızı olmadığı üçün o sənədlərini hazırlaya bilmir. O mərhum X1na, qardaşı Cümşüdov Musa CÜmşüd oğlu və X9 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin orda isə ölümdən uzun müddət keçdiyi üçün mərhumə bacısı X5,qardaşı X7 və X4 ölümünü təsdiq edən sənədinin olmamasını əsas gətirərək ölüm haqqında şəhadətnamə verməkdən imtina edirlər, məhkəməyə müraciət etməsini bildirirlər.. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, bildirdi ki, ölüm haqqında şəhadətnamənin olmaması evlərinin adına sənədləşdirilməsində problem yaratmışdır. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1979-cu ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri İsmət Qayıbov küçəsi ev 30-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli, 449738 nömrəli arayışdan görünür ki, Ərizəçi xx xxxxxxxx 1979-cu ildə anadan olmuş, atası X10, anası X11 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixli 606 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli, 185159 nömrəli arayışdan görünür ki, X12 02 mart 1970-ci ildə anadan olmuş, atası X10, anası X11 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1970-ci il tarixli 126 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli, 322796 nömrəli arayışdan görünür ki, X15 29 dekabr 1973-cü ildə anadan olmuş, atası X10, anası X11 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1974-cü il tarixli 482 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli, 316102 nömrəli arayışdan görünür ki, X13 17 yanvar 1976-cı ildə anadan olmuş, atası X10, anası X11 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1976-cı il tarixli 211 nömrə ilə qeyd edilmişdir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikaı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Bərdə rayon X17 Hüquqi şəxs tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli, 18-1-28/2-1679/2025 nömrəli məktubdab görünür ki, 1970-ci il təvəllüdlü X6, 1973-cü il təvəllüdlü X7 və 1976-cı il təvəllüdlü X4 ölümü ilə bağlı Bərdə RMX-da hər hansı bir məlumat (xəstəlik tarixi, tibbi şəhadətnamə və sair) aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 18 iyul 2025-ci il tarixli, 3-16-5/8-15-410/2025 nömrəli məktubdan görünür ki, mərhum qardaşı X15, X13 və X1nın ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat Şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir.ş Ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət edən zaman 100 manat dövlət rüsumu ödəmişdir. 02 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, Züliyyə Cümşüdova ilə qonşu olmuşlar, atası Mütəllim ilə anası Məryəmin bir neçə dəfə uşaqları olub, ölmüşlər. Uşaqları Bərdə rayonunda İmamzadə qəbirstanlığında dəfn ediblər. Sonradan onların qızları doğulub. 02 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 Məşədiaslan qızı bildirmişdir ki, Ərizəçi onun qaynı qızıdır. Ərizəçi 2 qardaşı bir bacısı var idi. Uşaqlar səbəbsiz doğuub tez ölürdülər. Uşaqların üçü də Bərdə rayonu İmamzadə qəbirstanlığında dəfn ediliblər. Ərizəçi hazırda Şəfəq və Tünzalə adlı bacıları vardır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid3 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Atası Mütəllim kişi ayaqqabı təmiri ilə məşğul idi. Mütəllim kişinin hazırda üç uşağı var. Şəfəq, Zülfiyyə və Tünzalə adlı. Mütəllim kişinin bu üç qızdan əvvəl üç uşağı olub, uşaqlar 1-2 yaşlarına çatmamış ölürdülər. Uşaqların adları Elza, Mahir və Namiq idi. Həmin uşaqları Bərdə rayonu, İmamzadə qəbirstanlığında dəfn ediblər. Hər üç uşağı atası Hilal qucağında aparıb dəfn edib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum bacısı X2 02 avqust 1970-ci ildə, qardaşı X7 29 avqust 1974-cü ildə və qardaşı X4 17 yanvar 1977-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, ərizəçinin bacısı X2 2 avqust 1970-ci ildə, qardaşı X7 29 avqust 1974-cü ildə və qardaşı X4 17 yanvar 1977-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. 2 mart 1970-ci il təvəllüdlü X2 2 avqust 1970-ci il tarixdə, 29 dekabr 1973-cü il təvəllüdlü X7 29 avqust 1974-cü il tarixdə və 17 yanvar 1976-cı il təvəllüdlü X4 17 yanvar 1977-ci il tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3228/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3228/2025
02.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver