Məhkəmə qərarları › İş №2(021)-328/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-328/2025

23.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-328/2025 23.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi X7 və vəkili X12 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X1nun X13 olması faktının təsdiq edilməsi və babasının 1942-ci il dekabr ayında X16 ölmüş elan edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu Xanərəb kənd sakinidir. 1908-ci il təvəllüdlü X4 nəvəsidir. X5 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. X1 xx.xx.1941-ci ildə X21 getmiş, 1942-ci il dekabr ayında isə naməlum şəraitdə itkin düşməsi barədə qara xəbəri gəlmişdir. O vaxtdan bu günə qədər X1ndan heç bir xəbər alınmayıb, onu görən olmayıb. O, vəfat etmiş atasın mirasını bu gün qəbul edə bilmir. Sənədləşmə işində ondan X1nun ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Babası 1942-ci il dekabr ayında itkin düşüb, qara kağızı gəlib. X4 övladları doğum haqqında şəhadətnamələrini müharibədən sonra aldıqları üçün sənədlərdə X4 adı səhvən X13 olaraq yazılmışdır. Səfərbərlikdən verilən arayışdan da görünür ki, X8 olaraq qeyd edilmişdir. Həmçinin Xanǝrǝb kənd icra nümayəndəliyinin ona verdiyi arayışda da kənd ağsaqqallarının dediklərinə görə 1941-ci ildə babasınının X21 getməsi qeyd olunmuşdur. O, həm X1nun X13 olmasının təsdiq edilməsi və babasınının ölmüş elan edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X14 ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili X22 ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Tərtər rayon Mamırlı kəndində anadan olmuşdur. Bərdə rayon Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İİ-AЗ №0927322 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X18, ana qrafasında ana adı X11 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş İ-ИЕ №565083 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.1940-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X13, ana qrafasında ana adı X6 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİ №434550 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsi tərəfindən verilmiş 233 saylı xx.xx.2024-cü il tarixli Arayışda qeyd olunmuşdur ki, 1965-ci il təvəllüdlü Ərizəçi mərhum babası 1908-ci il təvəllüdlü X8 xx.xx.1941-ci il tarixdə Sovet Ordu sıralarına hərbi xidmətə göndərilmiş, dekabr 1942-ci il tarixdə X16 naməlum şəraitdə itkin düşmüşdür. İş materiallarına əlavə edilmiş vəkilin sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məkubunda qeyd olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsində mövcud olan "X21 çağırılan vətəndaşların əlifba-qeydiyyat" kitabında 1908-ci il təvəllüdlü X8 xx.xx.1941-ci il tarixdə X21 getməsi və 1942-ci ilin dekabr ayında itkin düşməsi barədə məlumat vardır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Ərizəçi mərhum X1 kənd ağsaqqallarının dediyinə görə 1941-ci ildə X16 iştirak etmək üçün ordu sıralarına çağrılmışdır. Sonradan mərhumun “qara kağızı gəlmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tərəfindən ərizçinin babası X10 doğum akt qeydinə dair verilmiş İ-ИЕ №565083 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında qeyd olunmuş X9 X8 ilə eyni şəxs olmamaları müəyyən edilə bilinməmişdir. Bu qeyri-müəyyənlikdə məhkəmə tərəfindən ərizənin təmin olunması yolverilməzdir. Məhkəmə qətnaməsi formal mülahizələrə əsaslanaraq qəbul oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, X9 X8 ilə eyni şəxs olmamaları müəyyən edilə bilinmədiyindən ərizə şəxsin ölmüş elan edilməsi hissəsində də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Həmin Məcəllənin 41.3-ci maddəsinə əsasən Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-ci maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Mülki Prosessual Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar