Məhkəmə qərarları › İş №2(021)-3292/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3292/2024

24.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3292/2024 24.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 24 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı ildə anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Xanərəb kəndində ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 xx.xx.1956-cı ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuş və xx.xx.2022-ci il taixdə Bərdə rayonu Xanərəb kəndində vəfat etmiş və yaşadıqları Bərdə rayonu Xanərəb kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxtlarda yas mərasimi ilə əlaqədar başları qarışıq olduğundan atasının ölüm faktını qeyd etdirməmişlər. Atasının ölümü haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Bərdə rayon Qeydiyyatı Şöbəsində ərizə ilə etdiyi müraciətə xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir ki, mərhum atasının ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən xx.xx.1956-cı ildə anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Xanərəb kəndində ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, xx.xx.1956-cı ildə anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Xanərəb kəndində vəfat etmişdir. Dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, xx.xx.1956-cı ildə anadan olmuş X9 həmkəndlisidir. xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Xanərəb kəndində vəfat etmişdir. Dəfndə iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, xx.xx.1956-cı ildə anadan olmuş X9 həmkəndlisidir. xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Xanərəb kəndində vəfat etmişdir. Dəfndə iştirak edib. İş materiallarında olan: Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-2769/2024 saylı qərardaddan görünür ki, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə Bərdə rayonu Xanərəb kəndində anadan olmuşdur. xx.xx.2005-ci il tarixdən Bərdə rayonu Xanərəb kəndində qeydiyyatdadır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi mərhum vətəndaşına ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Sizin ərizənizin təmin edilməsinin mümkün olmadığı, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. xx.xx.2024-cü il tarixli 207 saylı arayışdan görünür ki, Xanərəb kənd sakini X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Xanərəb kənd qəbirstanlığında dəfn olunmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Seriya AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Bərdə rayonu Xanərəb kəndində yaşayırmış. AZ-İ 611910 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. X3, anası X2r. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Xanərəb kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X5 xx.xx.2022-ci il tarixdə ölməsi faktı ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə müəyyən olunduğundan ərizə təmin edilməli, X5 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum atasının ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:

1. Ərizə təmin edilsin.

2. X9 xx.xx.2022-ci il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilsin.

3. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin.

4. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar