Məhkəmə qərarları › İş №2(021)-3321/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3321/2021

02.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3321/2021 02.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı oğlunun, Cavabdehlər Cavabdeh2 qzının və Cavabdeh3 Mahir oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmadıqda onların dəyərinin cavabdehlərdən alınbı iddiaçıya verilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 151 qram qızılın və 3 ədəd birliyant qaşlı üzüklərin və ya həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmadıqda, onların dəyəri 12000 manat pul və dövlət rüsumuna görə ödədiyi 30 manatın cavabdehlər Bəhramov Onur Vüqar oğlundan, Cavabdeh2 Nazim qızından və Cavabdeh3 oğlundan alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay şəhəri, Vaqif küçəsi, dalan 1, ev 7 ünvanında yaşayır. Göyçay şəhəri, Nizami küçəsində yerləşən Təzə Bazarda Feyruz adlı şəxsə məxsus mağazanı icarəyə götürüb qızıl-zinət əşyalarını alıb-satmaqla məşğul olur. İşlədiyi vaxt 151 qram qızıl və 3 ədəd briliyant qaşlı üzüyü satıb pulunu qaytarmaq adı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ondan almışdır. Lakin bundan sonra cavabdehlər müxtəlif bəhanələrlə 151 qram qızılı və 3 ədəd briliyant qaşlı üzüklərini və yaxud həmin əmlakın dəyərini qaytarmaqdan boyun qaçırır. Bu səbəbdən də o, pulu qaytarması üçün polisə müraciət etmişdir, cavabdehlər izahat verərək, həqiqətən ondan 151 qram qızıl və 3 ədəd briliyant qaşlı üzük aldıqlarını etiraf etsə də, yenə ona məxsus 151 qram qızılı və 3 ədəd briliyant qaşlı üzükləri və yaxud və yaxud həmin əmlakların dəyərinin qaytarılması mümükün olmamışdır. Göyçay rayon Polis Şöbəsinin cinayət işi başalanılmasının rədd edilməsi barədə qərarı ilə tələbim mülki xarakterli şikayət olduğundan, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. 151 qram qızılın və 3 ədəd briliyant qaşlı üzüklərin və ya həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmadıqda onların dəyəri 12000 manat pul və dövlət rüsumuna görə ödədiyi 30 manat dğvlət rüsumu cavabdehlər Bəhramov Onur Vüqar oğlundan, Cavabdeh2 Nazim qızından və Cavabdeh3 oğlundan alınaraq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı İslam oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Ömərov Kamil Mahir oğlu izahatında iddianı qəbul edərək, iddiaçıdan qeyd etdiyi qızıl zinət əşyalarını aldıqlarını, lakin pulunu ödəmədiklərini göstərdilər. Cavabdeh Bəhramov Onur Vüqar oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyib, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 01 yanvar 1970-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Göyçay rayon Polis Şöbəsinin 17 fevral 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd olunması haqqında cinayət işinin başlanılmasının rədd edilməai haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh2 Nazim qızının, X5 və X4 əməllərində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, əmlaklar əlaqədar İsayev İntizam İslam oğlunun tələbi mülki xarakterli olduğu üçün bu barədə aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, iddiaçı X7 oğlunun cavabdehlər Bəhrəmov Onur Vüqar oğluna, Cavabdeh2, Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmadıqda onların dəyərinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi” barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir. Belə ki, cavabdehlər Ömərova Bahar Nazim qızı, Ömərov Kamil Mahir oğlu İddiaçı İslam oğlundan qızıl zinət əşyaları aldıqlarını və həmin qızıl əşyalarına görə 12.000 manat borcunun olmasını məhkəmə iclasında etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nazim qızından və Cavabdeh3 Mahir oğlundan İddiaçı xeyrinə 151 qram qızılın, 3 ədəd briliyant qaşlı üzüklərin, həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmadıqda onların dəyəri 12000 manat məbləğində pul tutulmalıdır. Azərbayca Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmadıqda onların dəyərinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 151 qram qızıl və 3 ədəd briliyant qaşlı üzük və ya həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmadıqda onların dəyəri 12000 manat pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar