Məhkəmə qərarları › İş №2(021)-3351/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3351/2022

29.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3351/2022 29.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X* oğlunun 22 dekabr *995-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X** 22.*2.*995-ci il tarixdə ölmüşdür. O,Bərdə rayonunda Zümürxan kənd qəbiristanlığında dəfn edilmişdir. X* ölüm aktı Bərdə rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmamışdır. Ölümün qeydə alınmaması bir çox sosial məsələlərin həllində problemələr yaratmışdır. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Hazırda sosial məsələlərin həlli ilə bağlı X6 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşdirmə verərək, bildirmişdir ki, ərizəsində texniki səhv olaraq anasının soyadı İsayeva olduğu halda Musayeva, ölüm tarixi isə 20.*2.2022ci il olduğu halda 22.*2.*995-ci il kimi qeyd olunmuşdur. Ərizəsin nəzərə alınaraq, anası X8 20.*2.*995-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.*974-cü il tarixdə Laçın rayon Qızılca kəndində anadan olmuşdur. Laçın rayon Qızılca kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bərdə rayon Bölməsi tərəfindən verilmiş 2454 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi Laçın rayonundan məcburi köçkün olmaqla, Bərdə rayon Cavanşir küçəsində müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş Seriya AA № 4*509* nömrəli Məcburi Köçkün vəsiqəsindən görünür ki, Ərizəçi *992-ci ildən Laçın rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş İİ-ЖГ № 403783 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*974-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X2, ana qrafasında ana adı X5 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının XV- ЖГ №692058 nömrəli Pasportdan görünür ki, X*4 *5.**.*94*-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 448 saylı 2*.09.2022-ci il tarixli Arayışda qeyd olunur ki, X4 rayon Zümürxan kəndində yaşamış, 20.*2.*995-ci ildə vəfat etmiş, Zümürxan kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş X*0 məxsus qəbir daşının foto-şəklindən görünür ki, X8 ölüm tarixi 20.*2.*995-ci il kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş *9.09.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid ismində iştirak edən X*2 bildirdi ki, Ərizəçi onun dayısı oğludur, mərhum X*4 isə bibisi olmuşdur. X3 20.*2.*995-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum anası X8 20 dekabr *995-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizəsi təmin edilməli, X8 20 dekabr *995-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X8 20 dekabr *995-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar