Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3404/2023 22.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi olaraq 16 iyun 2006-cı ildə ailə həyatı qurmuşdur, birgə nikah dövründə 13 iyun 2007-ci il təvəllüdlü X7, 02 avqust 2009-cu il təvəllüdlü X4 və 08 fevral 2017-ci il təvəllüdlü X8 adlı 3 (üç) övladları anadan olmuşdur.Aralarında olan narazılığa görə ailə münasibətləri xeyli zamandır ki pozulmuşdur. Belə, ki, həyat yoldaşı Maraqlı şəxs onu bir həyat yoldaşı kimi saymır, tez-tez evdə əsassız söz-söhbətlər yaradır. Onların aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuşdur.Cavabdehə birlikdə ailə kimi yaşamaqlarını bildirsədə heç bir nəticəsi olmamışdır. Daha da əksinə cavabdeh onunla normal yaşamaq istəmir. Bunun üçündə nikahları formal xarakter daşıyır, nikahlarının pozulmasında israrlıdır. Bunun üçün də onun ilkin presedur kimi Mediasiya şurasına müraciət etmişdir və Mediasiya təşkilatından onların işlərinə baxılması üçün X1 təyin edilmişdir. İlkin mediasiya prosesində cavabdeh onunla ortaq fikrə gələrək aralarında bağlanmış 16 iyun 2006-cı il tarixli nikahın pozulmasına, 13 iyun 2007-ci il təvəllüdlü X7, 02 avqusf 2009-cu il təvəllüdlü X4 və 08 fevral 2017-ci il təvəllüdlü X3 ikinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazının olmadığını, uşaqlarının birinci tərəflə yəni onunla görüşüb ünsiyyətdə olmasına heç bir etirazı olmadığını həmçinin hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 600 manat aliment ödəməyinə razı olduğunu bildirmişdir. Bununla bağlı 10 avqust 2023-cü il tarixdə Mediasiya təşkilatlarına öz aramızda Barışıq sazişi bağlanmışdır. Bunun üçün də barışıq sazişinin təstiq olunmasını istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1984-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxxxxx 1987-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə şəhəri, Səməd Vurğun küçəsi döngə 6, ev 3-də qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZ-İİ 515964 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 02 avqust 2009-cu ildə doğulmuşdur, atası Ərizəçidur, anası Maraqlı şəxsdır. Mülki işə əlavə edilmiş AZ-T 225475 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 13 iyun 2007-ci ildə doğulmuşdur, atası Ərizəçidur, anası Maraqlı şəxsdır. Mülki işə əlavə edilmiş AZ-İİİ 919748 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 08 fevral 2017-ci ildə doğulmuşdur, atası Ərizəçidur, anası Maraqlı şəxsdır. Mülki işə əlavə edilmiş İX-JQ nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1984-cü ildə doğulmuşdur, atası X5r, anası X2r. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 10 avqust 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci 2006-cı il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsində 372 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 13 iyun 2007-ci il təvəllüdlü X7, 02 avqust 2009-cu il təvəllüdlü X4 və 08 fevral 2017-ci il təvəllüdlü X8 adlı övladları doğulmuşdur.Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibələri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətlər pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək İkinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, birgə nikahlarından olan azyaşlı övladları ilə ünsiyyət hüququnun verilməsi tələbi ilə təklif vermişdir. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təklif ilə tanış olaraq tam razılaşdığını bildirmişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirir ki, birinici tərəf ilə aralarında 16 iyun 2006-cı il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsində 372 nömrəli rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan 13 iyun 2007-ci il təvəllüdlü X7, 02 avqust 2009-cu il təvəllüdlü X4 və 08 fevral 2017-ci il təvəllüdlü X3 birinci tərəf ilə ünsiyyətdə olmasına heç bir etirazı olmadığını və istənilən vaxtı övladları ilə görüşə biləcəyini bildirdi. Birinci tərəfin övladları ilə görüşməsinə heç bir maneçilik törətməyəcəyini öz öhdəsinə heç bir maneçilik törətməyəcəyini öz öhdəsinə götürür. İkinci tərəf təklif etdi ki, birgə nikahlarından olan azyaşlı övladları onun himayəsinə verilsin və övladlarını saxlamaq üçün aliment tələbi ilə qarşılıqlı təklif verdi. Birinci tərəf bildirdi ki, birgə nikahlarından olan 13 iyun 2007-ci il təvəllüdlü X7, 02 avqust 2009-cu il təvəllüdlü X4 və 08 fevral 2017-ci il təvəllüdlü X3 ikinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı yoxdur və azyaşlı övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla ümumilikdə 600 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyi imkanı çatdığını bildirdi və öz öhdəsinə götürür. İkinci tərəf bildirir ki, birinci tərəfin hər ay hər uşaq üçün 200 manat olmaqla ümumilikdə 600 manat aliment məbləği ödəməsi təklifi ilə tam razılaşır və qəbul edir. Tərəflərə barışıq sazişinin şərtləri izah olundu, tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 10 avqust 2023cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bərdə Rayon Qeydiyyat Şöbəsində 372 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 13 iyun 2007-ci il təvəllüdlü X7, 02 avqust 2009-cu il təvəllüdlü X4 və 08 fevral 2017-ci il təvəllüdlü X8 ilə Ərizəçi ilə görüşüb ünsiyyətdə olmasına maneçilik törətməyəcəyinin Maraqlı şəxs öhdəsinə götürməsi, 13 iyun 2007-ci il təvəllüdlü X7, 02 avqust 2009-cu il təvəllüdlü X4 və 08 fevral 2017-ci il təvəllüdlü X8 ilə Ərizəçi Maraqlı şəxs himayəsində saxlanılması, 13 iyun 2007-ci il təvəllüdlü X7, 02 avqust 2009-cu il təvəllüdlü X4 və 08 fevral 2017-ci il təvəllüdlü X8 ilə Ərizəçi saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 600 manat alimenti Ərizəçi hər ay ödəməyi öhdəsinə götürməsi, barədə Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 10 avqust 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 22 avqust 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3404/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3404/2023
22.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver