Məhkəmə qərarları › İş №2(021)-3410/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3410/2022

29.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3410/2022 29.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3nun *9.*8.2*11-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 *7 may 199*-cı il tarixdə anadan olmuşdur. X3 *9 avqust 2*11-ci il tarixdə Tərtər rayonu Qapanlı kəndi ərazisində su çəklişi apararkən ürəyin xronik işemik xəstəliyi nəticəsində yaranmış kəskin ürək-damar çatmamazlığı səbəbindən vəfat etmişdir. X2 rayonu Güloğlular kənd qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt ağır sarsıntılar keçirdiyimdən və başı yas mərasiminə qarışdığından X3na ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. X1 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Bərdə rayon Gülgəzli kəndində anadan olmuşdur. Bərdə rayon Gülgəzli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5171 saylı 19.*9.2*22-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Cavanşir küçəsində yaşayır. İş materiallarına əlavə edilmiş İV-ЖГ № 373621 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 xx.xx.1987-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Muradov, arvada Muradova soyadı verlmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22*.*9.2*22-ci il tarixli arayışdan görünür ki, X6 *7.*5.199*-cı il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X7r. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Prokurorluğunun 29.*8.2*11-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X4 *9.*8.2*11-ci il tarixdə ölməsi ilə bağlı araşdırma aparılmış, material üzrə aparılmış araşdırma zamanı cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuşdur. İş materiallarına əlavə edilmiş mərhum X5 məxsus qəbir daşının foto-şəklindən görünür ki, X4 ölüm tarixi *9.*8.2*11-ci il kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 2*.*9.2*22-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş 24.*9.2*22-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 1** (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid ismində iştirak edən X11 bildirdi ki, Ərizəçi onun əmisi oğldur. X6 *9.*8.2*11-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 3*7.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X4 *9 avqust 2*11-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən Ərizəçi ərizəsi təmin edilməli, X4 *9 avqust 2*11-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 22*.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 1** manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 3*7, 3*8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4 *9 avqust 2*11-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar