Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3412/2021 02.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Rəhim oğlunun iştirakı ilə, Ərizəçi Rəhim oğlunun ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Rəhim oğlu ərizə ilə məhkəməyə müraciət edərək atası X7 23 iyun 2021-ci il ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Rəhim oğlu ərizəsini onunla əsaslandırmışdır ki, atası Heydərov Rəhim Əli oğlu 20 yanvar 1953-cü il tarixdə Bərdə rayonu Qazaxlar kəndində anadan olmuşdur. 23 iyun 2021-ci il tarixdə özünü asması nəticəsində intihar edərək, vəfat etmişdir və Qazaxlar kənd ərazisində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Atası uzun zamandır, nevroloji xəstəlikdən əziyyət çəkirdi, etdiyi hərəkət onun xəstəliyi nəticəsində olmuşdur. Onların başı qarışdığından mərhum atalarına ölüm haqqında şəhadətnamə ala bilməmişlər, o, mərhum atası X8 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, orada isə ölümdən uzun müddət keçdiyi üçün ölüm haqqında şəhadfətnamə verməkdən imtina edirlər və məhkəməyə müraciət etməyini bildirirlər. Məhkəmə iclasında Ərizəçi Rəhim oğlu ərizəni müdafiə edərək, ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında izahatında şahid qismində dindirilmiş X5 göstərdi ki, ərizəçi onun oğludur, həyat yoldaşı X10 23 iyun 2021-ci ildə özünü asaraq intihar etmişdir, onu Qazaxlar kənd qəbristanlığında dəfn ediblər, lakin başları qarışıq olduğundan ölüm haqqında şəhadətnamə almayıblar. Məhkəmə iclasında izahatında şahid qismində dindirilmiş Heydərov Elbrus Qaraca oğlu və Əliyev Asəf Cəmil oğlu şahid Heydərova Əfiqə Qaraca qızının izahatına uyğun izahat verdilər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə rayonu, Qazaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 489 nömrəli, 09 oktyabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, X2 rayonu, Qazaxlar kəndində yaşayıb, 23 iyun 2021-ci ildə Bərdə rayonu, Qazaxlar kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Heydərov Ayaz Rəhim oğlu xx xxx 1984-cü ildə doğulmuşdur. İş materiallarında olan arayışdan müəyyən olunur ki, Ərizəçi Rəhim oğlu xx xxx 1984-cü ildə doğulmuşdur, atası X10, anası X3r. İş materiallarında olan fotoşəkildən müəyyən olunur ki, X10 23 iyun 2021-cil ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs 24 sentyabr 2021-ci il tarixli, 634-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün müraciətinə məhkəməyə müraciət etməli olduğu məsləhət görülmüşdür. İş materiallarında olan AZE 13204754 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 08 mart 1978-ci ildə Bərdə rayonu, Qazaxlar kəndində doğulmuş, Bərdə rayonu, Qazaxlar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 08470785 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 25 yanvar 1958-ci ildə Bərdə rayonu, Qazaxlar kəndində doğulmuş, Bərdə rayonu, Qazaxlar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 17270597 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 01 iyun 1967-ci ildə Bərdə rayonu, Qazaxlar kəndində doğulmuş, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 3 m 15 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X15 oğlunun 23 iyun 2021-ci ildə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. 20 yanvar 1953-cü ildə anadan olmuş X7 23 iyun 2021-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3412/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3412/2021
02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver