Məhkəmə qərarları › İş №2(021)-3433/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3433/2023

28.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3433/2023 28.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X5 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinun Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış 28 iyul 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs - Maraqlı şəxs ilə 15 noyabr 2011-ci il tarixdə Bərdə rayon Kətəlparaq kənd İcra Nümayəndəliyinin akt qeydlər kitabında №36 nömrə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 31 may 2011-ci il təvəllüdlü X8 , 25 iyul 2012-cu il təvəllüdlü X11 və 01 iyul 2020-ci il təvəllüdlü X9 adlı üç övladları vardır. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur, xeyli müddətdir ki,ayrı yaşayırlar. Maraqlı şəxs ilə aralarında olan nikahın pozulması, uşağın onun himayəsində saxlanılması və aliment tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişlər. 28 iyul 2023-cü il tarixdə Mediasiya prosesində 15 noyabr 2011-ci il tarixdə Bərdə rayon Kətəlparaq kənd İcra Nümayəndəliyinin akt qeydlər kitabında №36 nömrə ilə rəsmi nikahlarının pozulmasına, birgə nikahlarından doğulmuş 31 may 2011-ci il təvəllüdlü X8, 25 iyul 2012cu il təvəllüdlü X11 və 01 iyul 2020-ci il təvəllüdlü X9 adlı övladlarının anası Ərizəçi himayəsində saxlanılmasına və övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat olmaqla ümumilikdə 210 manat aliment məbləğinin onun xeyrinə ödənilməsi tələbinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəlmişdirlər. Bu səbəbdən Barışıq sazişini imzalamışdırlar. Maraqlı şəxs mediasiya təşkilatında bağladıqları barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müracitə etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən mediasiya prosesi nəticəsində bağlanmış 28 iyul 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbini qəbul etdiyini qeyd edərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1984-cü ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon Kətəlparaq kənd İƏD üzrə nümmayəndəliyindən verilmiş 31 iyul 2023-cü il tarixli 630 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Kətəlparaq kəndində yaşayır. Mülki işə əlavə edilmiş 28 iyul 2023-cü il tarixli ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi Laçın rayon Zerti kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AA 043286 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X12 1992-ci il tarixdən məcburi köçkün düşmüşdür. Mülki işə əlavə edilmiş AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs 07 avqust 1982-ci ildə Bərdə rayon Kətəlparaq kəndində anadan olmuşdur Mülki işə əlavə edilmiş 28 iyul 2023-cü il tarixli ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Maraqlı şəxs Bərdə rayon Kətəlparaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZ-İ №708039 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X12 arasında 15 noyabr 2011-ci il tarixdə Bərdə rayon Kətəlparaq kənd İƏD üzrə Nümayəndəliyində 36 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİ №791176 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 31 may 2011-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Maraqlı şəxs, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş AZ-İİ № 945049 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 25 iyul 2012-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Maraqlı şəxs, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş AZ-İV №448583 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki,X9 01 iyul 2020-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Maraqlı şəxs, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 28 iyul 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki;

1. Birinci tərəf (Ərizəçi) bildirmişdir ki, ikinci tərəf (Maraqlı şəxs ) ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar va nikahları 15 noyabr 2011-ci il tarixdə Bərdə rayon Katalparaq kənd İǝD- nümayəndəliyinin akt qeydlər kitabında No36-ila qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 31 may 2011-ci il təvəllüdlü X8, 25 iyul 2012-ci il təvəllüdlü X11 və 01 iyul 2020-ci il təvəllüdlü X9 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan taraflar arasında olan münasibətləri pisləşmiş va ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək İkinci tərəf ilə aralarında bağlanmış rasmi nikahın pozulmasını, birgə nikahlarından 31 may 2011-ci il təvəllüdlü X8, 25 iyul 2012-ci il təvəllüdlü X11 va 01 iyul 2020-ci il təvəllüdlü X10 onun himayəsində saxlanılmasını və azyaşlı övladlarının saxlanılması üçün aliment tələbi ilə təklif vermiş dir.

2. İkinci tərəf (Maraqlı şəxs ) Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirmişdir ki, Birinci tərəf ilə aralarında 15 noyabr 2011-ci il tarixdə Bərdə rayon Katalparaq kənd İƏD- nümayəndəliyinin akt qeydlər kitabında No36-li rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan 31 may 2011-ci il təvəllüdlü X8, 25 iyul 2012-ci il təvəllüdlü X11 və 01 iyul 2020-ci il təvəllüdlü X2 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı yoxdur, azyaşlı övladlarının saxlanılması üçün isə hər ay hər uşaq üçün 70 manat olmaqla ümumilikdə 210 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücü çatır və öz öhdəsinə götürür.

3. Birinci tərəf bildirmişdir ki, ikinci tərəfin hər ay hər uşaq üçün 70 manat olmaqla ümumilikdə 210 manat aliment məbləğinin ödənilməsi təklifi ilə tam razılaşır və qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 28 iyul 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 21.1 ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Maraqlı şəxs və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 28 iyul 2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 15 noyabr 2011-ci il tarixdə Bərdə rayon Kətəlparaq kənd İcra Nümayəndəliyində 36 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahlarından olan 31 may 2011-ci il təvəllüdlü X8, 25 iyul 2012cu il təvəllüdlü X11 və 01 iyul 2020-ci il təvəllüdlü X9 anaları Ərizəçi himayəsində saxlanılmalı və uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 70 manat olmaqla, ümumilikdə 210 manat sabit pul məbləğində alimet məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmamalıdır. Qətnamə alimentə dair hissədə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 28 iyul 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında 15 noyabr 2011-ci il tarixdə Bərdə rayon Kətəlparaq kənd İcra Nümayəndəliyində 36 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından anadan olmuş 31 may 2011-ci il təvəllüdlü X8, 25 iyul 2012-cu il təvəllüdlü X11 və 01 iyul 2020-ci il təvəllüdlü X9 anaları Ərizəçi himayəsində saxlanılsın. Tərəflərin birgə nikahlarından anadan olmuş 31 may 2011-ci il təvəllüdlü X3, 25 iyul 2012-cu il təvəllüdlü X6 və 01 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 70 manat olmaqla, ümumlikdə 210 manat sabit pul məbləğində aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 17 avqust 2023-cü il tarixdən Maraqlı şəxs alınaraq Ərizəçi xeyrinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər.

Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar