Məhkəmə qərarları › İş №2(021)-3453/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3453/2022

16.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3453/2022 16.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Müseyib qızının iştirakı ilə, Ərizəçi Müseyib qızının ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi Müseyib qızı ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı Bərdə rayonu, Qarağacı kəndində yaşamış, *7 oktyabr *940-ci il təvəllüdlü X2 03 aprel 200*-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Müseyib qızı ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X2 *7 oktyabr *940-cı ildə Qaarağacı kəndində anadan olmuşdur, 03 aprel 200*-ci ildə vəfat etmişdir. Həmin ərəflərdə yas mərasimi ilə əlaqədar başları qarışıq olduğundan həyat yoldaşının ölməsi faktının heç bir orqanda qeyd etdirməmişdir, yas mərasimini təşkil edərək həyat yoldaşını dinimizə uyğun, müsəlman kimi Bərdə rayonu, Qarağacı kənd qəbristanlığında dəfn etmişlər. Bu gün həyat yoldaşının ölüm haqqında qeydinin olmamasına görə ölüm haqqında şəhadətnamə ala bilmirlər. Ölüm haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, Bərdə rayon Qeydiyyat Şöbəsinin afrxivində həyat yoldaşının ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi Müseyib qızı ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Ərizəçi Müseyib qızı onun anasıdır, atası X2 03 aprel 200*-ci ildə ölmüşdür, atasını Bərdə rayonu, Qarağacı kənd qəbristanlığında dəfn edilmişdir, lakin atasının ölümü qeyd edilməmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, ərizəçi qaynanasıdır, qaynatası vəfat edib, onun vəfatından sonra ölüm haqqında şəhadətnamə almamışlar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Müseyib qızı xx xxxx *949-cu ildə Yevlax rayonu, Qaramanlı kəndində doğulmuş, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE *6039608 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7*2 iyun *978-ci ildə Bərdə rayonu, Kafarlı kəndində doğulmuşdur, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 09300088 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 22 oktyabr *975-ci ildə Bərdə rayonu, Qarağacı kəndində doğulmuşdur, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Mirzəcəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 547 nömrəli, *6 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Qarağacı kənd sakini X2 200*-ci ildə vəfat etmişdir. İş materiallarında olan *6 sentyabr 2022-ci il tarixli, İM *885*8 nömrəli çıxarışdan müəyyən olunur ki, X2 və X6 0* sentyabr *966-cı ildə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişdir. İş materiallarında olan qəbrin fotoşəkilindən müəyyən olunur ki, X2 *940-cı ildə doğulmuş, 03 aprel 200*-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X* 03 aprel 200*-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. *7 oktyabr *940-cı ildə doğulmuş X* 03 aprel 200*-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar