Məhkəmə qərarları › İş №2(021)-3458/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3458/2023

05.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3458/2023 05.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1937-ci il təvəllüdlü X1 20 mart 2023-cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1937-ci il təvəllüdlü, anası X4 20 mart 2023-cü il tarixdə ölmüşdür. X11 Bərdə rayon Məşədiibişli kənd qəbiristanlığında dəfn edilmişdir. X1 Qeydiyyat Şöbəsində ölüm aktı qeydiyyata alınmamışdır. Bu da bir çox məsələlərin həllində problemələr yaratmışdır. Bununla bağlı Azəraycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edilmiş, həmin şöbənin 3-16-5/8-15-212/2023 saylı, 25 aprel 2023-cü il tarixli məktubu bildirilmişdir ki, X1 ölümünün qeydiyyata alınması halı müəyyən edilməmişdir. Bununla əlaqədar məhkəməyə mürciət etmələri tövsiyyə edilmişdir. Odur ki, X1 20 mart 2023-cü il tarixdə ölüm faktının müəyyən edilib, qeyd edilməsinə dair məhkəmə aktına ehtiyacı var. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Ərizəçi qohumudur. Sədinin anası vəfat edib, onun dəfn və yas mərasimində iştirak edib. İndi isə bilmişdir ki, ölümü qeydə aldırmayıblar. Ona görə də ölüm haqqında şəhadətnamə ala bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, Ərizəçi ilə qohumdur. Sədinin anasının dəfn və yas mərasimində iştirak edib, onu Bərdə rayonu Məşədiibişli kənd qəbristanlığında dəfn ediblər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx 1974-cü ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 08561914 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 01 iyul 1959-cu ildə Bərdə rayonu, Məşəiibişli kəndində doğulmuşdur, Bərdə rayonu, Məşədiibişli kəndində qeydiyyatda olmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 02 mart 1971-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 180 saylı, 26 aprel 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərrdə rayonu, Məşədiibişli kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu, Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 180 saylı, 26 aprel 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi anası X4 20 mart 2023-cü ildə vəfat edib, Bərdə rayonu, Məşədiibişli kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan 13 aprel 2023-cü il tarixli tibbi arayışdan müəyyən olunur ki, X4 20 mart 2023-cü ildə vəfat edib. İş materiallarında olan İİİ JQ 254609 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx 1974-cü ildə doğulmuşdur, atası X6, anası X3r. İş materiallarında olan qəbrin fotoşəklindən görünür ki, X4 20 mart 2023-cü ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli, 3-16-5/8- 15-212/2023 saylı məktubdan müəyyən olunur ki, Ərizəçi məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X4 20 mart 2023-cü ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ölüm faktının müəyyən olunması ərizəçinin lazımi sənədləri başqa qaydada ala bilməməsi üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4 20 mart 2023-cü ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar