Məhkəmə qərarları › İş №2(021)-3463/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3463/2025

14.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3463/2025 14.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi,Nəcəfova Xəyalə Yusif qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “Barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçinin tələbi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış 12 may 2025-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahlarını 13 yanvar 2018-cu ildə Bərdə Regional “ASANXidmət X2 akt qeydləri kitabında 55 nömrə il əqeydiyyata alınmışdır. Rəsmi nikahlarından 29 mart 2018-ci il təvəllüdlü X9 və 13 iyun 2020-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. 12 may 2025-ci il tarixdə birgə nikahlarından olan 29 mart 2018-ci il təvəllüdlü X9 və 13 iyun 2020-ci il təvəllüdlü X6 adlı övladlarının saxlanması üçün aliment tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya təşkilatına könüllü olaraq müraciət etmişlər. Mediasiya prosesində birgə nikahlarından olan 29 mart 2018-ci il təvəllüdlü X9 və 13 iyun 2020-ci il təvəllüdlü X6 adlı övladlarının saxlanması üçün 15 may 2025-ci il tarixdən başlayaraq hər ay əmək haqqının və digər gəlirlərinin 70%-i məbləğində alimentin ona ödənilməsi tələbinə dair maraqlı şxəs Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəlmişlər. Bu sıəbəbdən də barışıq sazişi imzalamışlar. Maraqlı şəxs ilə mediasiya prosesində bağladıqları 12 may 2025-ci il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən də sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçinin izahatı: Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, xx.xx.2025-ci ildə barışıq sazişi təsdiq edilsə də həmin tarixdən hazıradək aliment ödənilməmişdir. Bu səbəbdən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin izahatı: Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərdi ki, ərizəçi ilə aralarında bağlanmış barışıq sazişinin üzrə alimenti hazıradək ödəməməsinin əsas səbəbi borclarının olması və bəzi problemlərinin olması ilə əlaqədar olduğunu, ərizənin təmin edilməsinə və barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarına istinad: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə doğulmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Maraqlı şəxs Ramiz oğlu xx.xx.1987-ci ildə doğulmuşdur. Bərdə regional “ASAN-Xidmət” X8 tərəfindən verilmiş AZ-İİ237463 nömrəli, 13 yanvar 2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və X4 13 yanvar 2018-ci ildə rəsmi nikah bağlanmışlar. Bu barədə nikah haqqında akt qeydləri kitabında 13 yanvar 2018-ci il tarixdə 55 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sobra arvada Babayeva soyadı verilmişdir. Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İV 448570 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 13 iyun 2020-ci ildə doğulmuşdur atası Maraqlı şəxs, anası Ərizəçidır. Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İV 189718 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 27 mart 2018-ci ildə doğulmuşdur atası Maraqlı şəxs, anası X3r. Bərdə Rayon İcra Hakimiyyəti Başçsının Xanərəb kən İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Xanərəb kəndində yaşayır. X1 iştirakı ilə tərtib edilən 12 may 2025-ci il tarixli MŞB/MT044-2025-00184 saylı Barışıq Sazişinin:

1. Birinci tərəf Ərizəçi ( AA*******, FİNxxxxxxxxx.xx.1987-ci il) İkinci tərəf (Maraqlı şəxs; AA*******, FİNxxxxxxx xx.xx.1987-ci il) ilə 13 yanvar 2018-ci il tarixdə Bərdə Regional ASAN Xidmət X2 akt qeydləri kitabında 55 nömrə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasınd olan münaibətlər pisləşmiş və ayrılmışlar, hal-hazırda birinci tərəf ikinci tərəfdən ayrılmış və az yaşlı övladları 27 mart 2018-ci il təvəllüdlü X9 və 13 iyun 2020-ci il təvəllüdlü X6 adlı övladı ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək ikinci tərəfin əmək haqqının və digər gəlirlərinin 70%-i məbləğndə aliment tələbi ilə təklif edir.

2. İkinci tərəf mediasiya prosesində könüllü iştirak edərək birinci tərəfin verdiyi təkliflə razılaşır.

3. İkinci tərəf rəsmi nikahlarından olan 29 mart 2018-ci il təvəllüdlü X9 və 13 iyun 2020-ci il təvəllüdlü X6 adlı övladlarının saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay əmək haqqının və digər gəlirlərinin 70% i məbləğində alimenti ikinci tərəfə ödəməyi öhdəsinə götürdü və tərəflər qarşılıqlı olaraq razılığa gəldilər. Tərəflər aralarında digər mübahisə olmadığını bildirdi.

İstinad edilən hüquq: Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Mediasiyanın tətbiq dairəsi 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ərizəçinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ailə mübahisəsi ilə bağlı Ağdam 2 saylı Mediasiya təşkilatına müraciət etmiş və X1 iştirakı ilə xx.xx.2025-ci il tarixdə tərəflər arasında barışıq sazişi imzalanmışdır. Məhkəmə iclasında maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini xx.xx.2025-ci il tarixdən hazıradək icra etmədiyini və səbəb olaraq borclarının və bəzi problemlərinin olduğunu bildirmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1- ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə təmin edildiyi üçün ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində pul Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-25-ci maddələrini rəhbər tutub məhkəmə,

QƏT ETDİ :

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞA/MT044/2025- 00184 №-li barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Maraqlı şəxs rəsmi nikahlarından olan 27 mart 2018-ci il təvəllüdlü X9 və 13 iyun 2020-ci il təvəllüdlü X6 adlı övladlarının saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay əmək haqqının və digər gəlirlərinin 70%-i məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürür. Ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Maraqlı şəxs Ərizəçi xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar