Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3488/2023 22.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, İddiaçı cavabdeh "xxxx" MMC-nə,"xxxx" ASC-nə, Bərdə Rayon İcra və probasiya Şöbəsinə qarşı hərracın nəticələri haqqında Y-78/2022 saylı yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh "xxxx" MMC-nə, "xxxx" ASC-nə, Bərdə Rayon İcra və probasiya Şöbəsinə qarşı hərracın nəticələri haqqında Y-78/2022 saylı yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *50.0 və *50.0.2-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə *00 manat məbləğində dövlət rüsumu ödənməli olduğu halda ərizəçi sənədlərə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin*52.* və *52.*.5-ci maddələrinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin *52.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin *52.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı cavabdeh "xxxx" MMC-nə, "xxxx" ASC-nə, Bərdə Rayon İcra və probasiya Şöbəsinə qarşı hərracın nəticələri haqqında Y-78/2022 saylı yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *49-*52-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı cavabdeh"xxxx" MMC-nə, "xxxx" ASC-nə, Bərdə Rayon İcra və probasiya Şöbəsinə qarşı hərracın nəticələri haqqında Y-78/2022 saylı yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3488/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3488/2023
22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver