Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3583/2025 23.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə QƏTNAMƏ Açar sözlər: hüquqi əhəmiyyətli fakt, ölüm faktı. Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 17 noyabr 1956-cı il tarixdə anadan olmuş mərhum anası X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X5 xx.xx.1956-cı ildə Bərdə rayon Dəymədağıldı kəndində anadan olmuşdur. Uzun sürən xəstəlikdən sonra mərhum anası xx.xx.2024-cü ildə Bərdə rayon Dəymədağıldı kəndində vəfat etmişdir və kənd qəbirstanlığında dəfn etmişdirlər. Həmin vaxt yas mərasimi ilə əlaqədar başları qarışdığından anasının vəfat olması faktını heç bir orqanda qeyd etdirməmişdirlər. Anasının ölüm haqqında qeydinin olmaması onlara sənədlərin hazırlanmasında çətinlik yaradır. Ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X8 ərizəyə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, mərhum anasının ölüm faktının müəyyən olunması ölüm haqqında şəhadətnaməni almaq üçün onlara lazımdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1063 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Dəymədağıldı kəndində qeydiyyatdadır. Seriya AZE №09294519 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Bərdə rayon Dəymədağıldı kəndində qeydiyyatda olmuşdur. Xİİ-ЖГ №438819 nömrəli Arayışdan görünür ki, X5 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X6, ana adı X1 qeyd olunmuşdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1064 nömrəli arayışdan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə vəfat etdiyi və Dəymədağıldı kəndin qəbirstanlığında dəfn olunduğu qeyd olunmuşdur. Bərdə rayon Dəymədağıldı kənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 21 nömrəli arayışdan görünür ki, mərhum X5 xx.xx.2024-cü ildə vəfat etmişdir və onun dəfin xərcini Ərizəçi çəkmişdir. Qəbir daşının əks olunduğu foto-şəkildən görünür ki, X4in doğum tarixi xx.xx.1956-cı il, ölüm tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bərdə rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 1956-cı il təvəllüdlü X2 ölümü ilə bağlı Bərdə RMX-da hər hansı bir məlumat aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum anası- X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 bildirmişdir ki, mərhum X5 onun qaynanasıdır. Qaynanası şəkər xəstəliyində əziyyət çəkirdi və xəstəlikdən 13 oktyabr 2024-cü il tarixdə vəfat edib. Mərhum Bərdə rayon Dəymədağıldı kənd qəbirstanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 bildirmişdir ki, mərhum X5 onun əmisinin həyat yoldaşı olub. Mərhum şəkər xəstəliyində əziyyət çəkirdi. O, 13 oktyabr 2024-cü il tarixdə vəfat edib və Bərdə rayon Dəymədağıldı kənd qəbirstanlığında dəfn olunub. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum anası – X2 13 oktyabr 2024-cü tarixdə ölüm faktı işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X2 13 oktyabr 2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 17 noyabr 1956-cı ildə anadan olmuş X2 13 oktyabr 2024-cü il tarixdə ölüm faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-3583/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3583/2025
23.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver