Məhkəmə qərarları › İş №2(021)-360/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-360/2022

25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-360/2022 25.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1nun 19 oktyabr 2021-ci il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi oğlu ərizəsini onunla əsaslandırmışdır ki, X1 19 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Lakin bu günə qədər ölüm haqqında şəhadətnamə almamışdır. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Həmçinin qeyd etmişdir ki, atası 19 oktyabr 2021-ci il tarixdə intiahr etdiyi üçün vəfat emişdir. Bu barədə Bərdə Rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış, 01.11.20021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Bərdə rayon Hacallı kəndində anadan olmuşdur. Bərdə rayon Hacallı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Vİİİ-JQ № 319521 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Atası X4, anası X2r. İş materiallarına əlavə edilmiş Seriya AZE № 08562074 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 01.07.1959-cu il tarixdə Bərdə rayon Hacallı kəndində anadan olmuşdur. Bərdə rayon Hacallı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 213 saylı 29.10.2021-ci il tarixli Arayışda qeyd olunur ki, X4 19 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 334 saylı 05.11.2021-ci il tarixli Arayışda qeyd olunur ki, X4 19 oktyabr 2021-ci il tarixdə vəfat etmiş və Qarabağ kanalının üst tərəfində yerləşən Hacallı qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Prokurorluğunun 01.11.20021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X3 intihar etməsi ilə bağlı araşdırma aparılmış, material üzrə aparılmış araşdırma zamanı cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 03.11.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi oğlu mərhum atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Ərizəçi oğlu tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki X4 19 oktyabr 2021-ci il tarixdə Bərdə rayon Hacallı kəndində vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi oğlunun X1nun 19 oktyabr 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizəsi təmin edilməli, X3 19 oktyabr 2021-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X3 19 oktyabr 2021-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar