Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3618/2025 06.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı xx.xx.1966-cı il təvəllüdlü X3 28 yanvar 2015-ci ildə vəfat etməsi barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı xx.xx.1966-cı il təvəllüdlü X4 xx.xx.2015-ci il tarixdə Bərdə rayonunda vəfat etmişdir. Qardaşının ölümünə dair bu günə qədər şəhadətnamə ala bilməmişlər. Tibbi şəhadətnamə üçün xx.xx.2025-ci il tarixdə VS- 151/25 saylı vəkil sorğusu ilə Bərdə rayon MX-nə müraciət edərək tibbi şəhadətnamə əldə etmək istəmişdir. Lakin təssüf ki, Bərdə Rayon MX-nın ona verdiyi xx.xx.2025-ci il tarixli 18-1-28/2-1777/2025 saylı məktubu ilə imtina etmişdir. O da məcbur X14 gəlmiş və oradan xx.xx.2025-ci il tarixli 15-446/2025 saylı imtinaya dair məktub almışdır. Ölüm haqqında akt qeydinin aparılmalı olan Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ölümün qeydə alınmasından imtian edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydi aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən xx.xx.2025-ci il tarixli 15-446/2025 məktubla imtina etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qızı ərizəsini müdafiə edərək, Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1968-ci ildə Bərdə rayon Hacıbəyli kəndində anadan olmuş, Bərdə rayonu Hacıbəyli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan- Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31 iyul 2025-ci il tarixli, 508 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Hacıbəyli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan- Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31 iyul 2025-ci il tarixli, 509 saylı arayışdan görünür ki, na ondan ötəri Ərizəçi X1 xx.xx.1966-cı ildə Bərdə rayonunun Hacıbəyli kəndində anadan olun, xx.xx.2015-ci il tarixdə vəfat edib və Hacıbəyli kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbr daşının foto şəkillərindən görünür ki, məzar daşının üzərində X2 xx.xx.1966- xx.xx.2015-ci illərdə yaşadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Hüquqi Şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən verilmiş 01 avqust 2025-ci il tarixli, 18-1-28/2-1777/2025 nömrəli məktubdan görünür ki, X2 ölüm ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasında hər hansı bir məlumat (xəstəlik tarixi, tibbi şəhadətnamə və s) əşkar olunmamışdır. Bu səbəbdən də C.Rüstəmovun adına ölüm haqqında tibbi şəhədətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, X3 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyatı orqanı ölüm faktını qeydə almaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 30 sentyabr 2025-ci il tarixli, 266293 nömrəli arayışdan görünür ki, X4 09 fevral 1966-cı ildə anadan olmuş atası X7, X5 olmaqla bu barədə 12 mart 1966-cı ildə 40 nömrə ilə qeyd edilmişdir. 23 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində göstərmişdir ki, Ərizəçi və X4 onun əmisi oğlanlarıdır. Əmisi oğlu X4 28 yanvar 2015-ci ildə vəfat etmiş, dəfn və yas mərasimində iştirak etmişdir. Onu Bərdə rayonu Hacıbəyli kəndində dəfn etmişlər. 23 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qohumdurlar. Ərizəçinin qardaşı 2015-ci ilin yanvar ayında vəfat etmişdir. Onun dəfn və yas mərasimində iştirak etmişdr. Onu Bərdə rayonu Hacıbəyli kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. X1 28 yanvar 2015-ci ildə vəfat etmiş, dəfn və yas mərasimində iştirak etmişdir. Onu Bərdə rayonu Hacıbəyli kəndində dəfn etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi X1nun 28 yanvar 2015-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X2 xx.xx.2015-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. 09 fevral 1966-cı il təvəllüdlü X2 28 yanvar 2015-ci tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3618/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3618/2025
06.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver