Məhkəmə qərarları › İş №2(021)-3665/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3665/2025

28.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3665/2025 28.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 28 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Tələb Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşım X3 xx.xx.2025ci il tarixdə Bərdə şəhərində ölməsi, Bərdə rayon Mollalı kənd qəbristanlığında dəfn olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin əsası Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1983-cü il təvəllüdlü həyat yoldaşı X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı X12 rayon Mollalı kənd qəbirstanlığında dəfn edilmişdir. Həyat yoldaşı X3 Qeydiyyat Şöbəsində ölüm aktı qeydiyyata alınmamışdır. Bu da həyat yoldaşı Azad İbrahimovun ölümü ilə bağlı bir çox məsələlərin həllində problemlər yaratmışdır. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edilmiş, həmin şöbənin 3-16-5/8-15-513/2025 saylı xx.xx.2025-cü il tarixli məktubunda bildirilmişdir ki, X3 ölümünün qeydə alınması halı müəyyən edilməmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, həyat yoldaşı X3 xx.xx.2025-ci il tarixdə Bərdə şəhərində ölməsi, Bərdə rayon Mollalı kənd qəbirsanlığında dəfn olunması faktının müəyyən edilib qeyd edilməsinə dair məhkəmə aktına ehtiyacı var. Qeyd edilənlər Bərdə rayon Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışında və “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin arayışında öz təsdiqini tapmış, ölüm faktını aşağıdakı şəxslər də təsdiq edə bilərlər: X7 və X8. Tərəflərin izahatı Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. 30 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, İddiaçı onun qonşusudur, X9 həyat yoldaşıdır. 18 avqust 2025-ci il tarixdə Azad İbrahimov qara ciyər xəstəliyindən vəfat edib. Bərdə rayonu Mollalı kənd qəbristanlığında dəfn edilib. Dəfində iştirak edib. 30 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirib ki, Mədinə onun bibisi gəlinidir. X9 həyat yoldaşıdır. 18 avqust 2025ci il tarixdə Azad İbrahimov qara ciyər xəstəliyindən vəfat edib. Bərdə rayonu Mollalı kənd qəbristanlığında dəfn edilib. Dəfndə iştirak edib. Digər şahid X1 Murad Akif oğlu ilə eyniməzmunlu izahat vermişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli 268 saylı arayışdan görünür ki, ərizəçi İddiaçı Bərdə rayonu Mollalı kəndində yaşayır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Bərdə rayonu Məşədiibişli kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli 269 saylı arayışdan görünür ki, İddiaçı həyat yoldaşı X6 xx.xx.2025-ci ildə vəfat etmiş və Mollalı kənd qəbristanlığında dəfn edilmişdir. AZ-İ seriyalı 648423 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki. X6 ilə X2 xx.xx.2011-ci il tarixdə Bərdə rayon Mollalı kənd İcra nümayəndəliyində 08 sayla nikah akt qeydi bağlayıblar. xx.xx.2025-ci il tarixli 18-1-28/2-1957/2025 saylı məktubdan görünür ki, xx.xx.1983cü il təvəllüdlü X3 ölümü ilə bağlı Bərdə RMX-da hər hansı bir məlumat aşkar olunmamışdır. Bu səbəbdən ölüm haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-513/2025 nömrəli arayışdan görünür ki, X3 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli Qərarı Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəmə Plenumun 12 aprel 2019-cu il tarixli qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin qərarın 9.5-ci bəndinə istinadən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum ərinə ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. Ərizə qanuni və əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara, tərəfin və şahidlərin izahatına əsasən X3 xx.xx.2025-ci il tarixdə ölməsi faktı müəyyən edilməli, 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

Ərizə təmin edilsin. X3 xx.xx.2025-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar