Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3673/2023 21.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) Maraqlı şəxs (bundan sonra maraqlı şəxs və ya Maraqlı şəxs) qаrşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək Barışıq sazişinin təsdiq edilməklə Maraqlı şəxs ilə aralarında olan Bərdə rayon VVAD qeydiyyat şöbəsində 12 avqust 2005-ci ildə, 495 nömrə ilə qeydə alınmış nikahın pozulmasına, birgə nikahlarından 14 yanvar 2008-ci ildə anadan olmuş X5, 08 mart 2010-cu ildə anadan olmuş X6 və 21 avqust 2014cu ildə anadan olmuş X4 onun himayəsində saxlanılmasına, Maraqlı şəxs 14 yanvar 2008ci ildə anadan olmuş X5, 08 mart 2010-cu ildə anadan olmuş X6 və 21 avqust 2014-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 12 avqust 2005-ci ildə rəsmi nikaha daxıl olaraq ailə qurmuşlar. Birgə nikahlarından 14 yanvar 2008-ci ildə X8, 08 mart 2010-cu ildə X10 və 21 avqust 2014-cu ildə X7 anadan olmuşdur. Aralarında olan ərarvad münasibətləri pozulmuş, faktiki olaraq ayrılmışlar, uşaqlar ərizəçinin himayəsində qalmışdır. Xeyli müddətdir ayrı yaşayırlar. Uşaqların bütün maddi və mənəvi ehtiyaclarını özü ödəyir. Keçən müddət ərzində Maraqlı şəxs uşaqların saxlanması üçün heç bir maddi yardım göstərməmişdir. Aralarında olan münasibətin həll edilməsi üçün medıasiya şurasına müraciət etmiş, aralarında olan nikahın pozulması, birgə nikahdan 14 yanvar 2008-cı ildə anadan olmuş X5, 08 mart 2010-cu ildə anadan olmuş X6 və 21 avqust 2014cu ildə anadan olmuş X2 onun himayəsində saxlanılması və Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə Bərdə rayonu Mehdili kəndində anadan olmuşdur, Bərdə rayonu Tumaslı kəndində qeydiyyatdadır. Bərdə Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 12 avqust 2005-ci il tarixli AZ-İ 179414 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və Ərizəçi 12 avqust 2005-ci ildə 495 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Qasımova soyadı verilmişdir. Bərdə rayonu Alpoud kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 04 fevral 2008-ci il tarixli AZ-İİ 050696 nömrəli, 21 aprel 2010-cu il tarixli AZ-İİ 431090 nömrəli və 11 sentyabr 2014-cü il tarixli AZ-İİİ 373695 nömrəli Doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 14 yanvar 2008-ci ildə Aynur, 08 mart 2010-cu ildə İlkin və 21 avqust 2014-cü ildə İsgəndər adlı uşaqları anadan olmuşdur. 14 yanvar 2008-ci il təvəllüdlü X5, 08 mart 2010-cu il təvəllüdlü X6 və 21 avqust 2014-cü il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. X1 iştirakı ilə tərtib edilən 21 avqust 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, ikinci tərəf-Maraqlı şəxs, birinci tərəf-Ərizəçi ilə aralarında 12 avqust 2005-ci il tarixdə Bərdə Rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 495 nömrəli rəsmi nikahın pozulmasına tam razı olması, birgə nikahlarından olan 14 yanvar 2008-ci il təvəllüdlü X5, 08 mart 2010-ci il təvəllüdlü X6 və 21 avqust 2014-cü il təvəllüdlü X2 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmaması və övladlarının saxlanılması üçün isə hər ay hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə 150 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməsini öhdəsinə götürməsi, birinci tərəfin isə ikinci tərəfin hər ay hər uşaq üçün 50 manat olmaqla ümumilikdə 150 manat aliment məbləği ödənilməsi təklifi ilə tam razılaşması və qəbul etməsi barədə razılığa gəlmişlər. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və tərəflər arasında X1 iştirakı ilə, 21 avqust 2023-cü il tarixdə tərtib edilən Barışıq Sazişi bağlanmışdır. Barışıq sazişi tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu halda Maraqlı şəxs tərəfindən icra edilməmişdir. Bu səbəbdən də Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 21 avqust 2023cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM): 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə görə, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-nin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi ilə aralarında bağlanmış 12 avqust 2005-ci il tarixdə Bərdə Rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 495 nömrəli rəsmi nikahın pozulmasına razı olması, birgə nikahlarından olan 14 yanvar 2008-ci il təvəllüdlü X5, 08 mart 2010-ci il təvəllüdlü X6 və 21 avqust 2014-cü il təvəllüdlü X2 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazının olmaması və övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, ümumilikdə 150 (bir yüz əlli) manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyi öz öhdəsinə götürməsi barədə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 21 avqust 2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-3673/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3673/2023
21.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver