Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3682/2025 04.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, Qarayev Vüsal Yusif oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi ) Maraqlı şəxs (bundan sonra maraqlı şəxs və ya Maraqlı şəxs) qаrşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək Samux 1 saylı Mediasiya təşkilatında Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli MŞS/1/2024-0001 akt nömrəli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikahlarını xx.xx.2014cü ildə Bərdə rayon Otuzikilər kənd İƏD-də 15 saylı qeydlə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Aralarında olan narazılığa görə ailə münasibətləri xeyli zamandır ki, pozulmuşdur. Belə ki, arvadı Maraqlı şəxs onu bir ər kimi saymır, tez-tez evdə əsassız söz-söhbətlər yaradır. Onların aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuşdur. Cavabdehə birlikdə ailə kimi yaşamalarını bildirsə də, heç bir nəticəsi olmamışdır. Əksinə, cavabdeh onunla normal yaşamaq istəməmişdir. Nikahları artıq uzun müddətdir ki, formal xarakter daşıyırdı. Ərizə üzrə maraqlı şəxslə Samux 1 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixli MŞS/1/2024-001 nömrəli, Barışıq sazişi imzalamışdır. Həmin barışıq sazişində maraqlı şəxslə aralarında gəldikləri razılıq xx.xx.2014-cü ildə Bərdə rayon Otuzikilər kənd İƏD-də 15 saylı qeydlə rəsmiləşdirilmiş nikahın məhkəmə qaydasında pozulması, xx.xx.2015-ci il təvəllüdlü X2 onun yanında qalması, xx.xx.2022-ci il təvəllüdlü X1 anasının yanında qalmaqla onunla hər ayın 10 günü sərbəst qrafiklə ünsiyyət hüququnun təmin edilməsindən və onun yanında qalan X2 da anası ilə ünsiyyətinin təmin edilməsinə maneə yaradılmamasından ibarət olmuşdur. Onun tərəfindən maraqlı şəxsə onun yanında qalan xx.xx.2015-ci il təvəllüdlü X2 anası ilə ünsiyyətin müəyyən edilməsini təmin etmiş olsa da, ancaq maraqlı şəxs hələ də bu günə qədər aralarında bağlanmış xx.xx.2025-ci il tarixli MŞS/1/2024-001 nömrəli Barışıq Sazişinin şərtlərinə əməl etməmiş və xx.xx.2022-ci il təvəllüdlü X1 onunla barışıq sazişində əldə edilən razılaşma şərtlərinə uyğun olaraq ünsiyyətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh bu gün də onun azyaşlı oğlu ilə ünsiyyətdə olmasına maneə yaratmaqdadır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs göstərdi ki, ərizəçi ilə aralarında bağlanmış Barışıq Sazişinin ləğv edilməsini, hər iki uşağının onun yanında qalmasını istəyir və ərizəçidən aliment tələb edir. xx.xx.2015-ci il təvəllüdlü qızı X2 psixologiyası pozulmuşdur. Hazırda qızı ərizəçinin, oğlu isə özünün yanında qalır. X6 bağlanarkən oxuyub imza etmişdir. Lakin hazırda Barışıq Sazişinin şərtləri ilə razı deyil. Odur ki, ərizənin təmin olunmamasını xahiş edir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə Bərdə rayonu Otuzikilər kəndində anadan olmuşdur, Bərdə rayonu Otuzikilər kəndində qeydiyyatdadır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli Nikah akt qeydindən çıxarışdan görünür ki, Ərizəçi və Maraqlı şəxs 05 avqust 2014-cü ildə 15 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Əsgərova soyadı verilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli Doğum akt qeydindən arayışdan görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 07 iyul 2015-ci ildə İnci adlı uşaqları anadan olmuşdur. 07 iyul 2015-ci il təvəllüdlü X2 atası Ərizəçi, anası Maraqlı şəxsdır. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli 3-16-5/7-69-M-855/2-25/2025 nömrəli Doğum akt qeydindən çıxarışdan görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 24 aprel 2022-ci ildə Fateh adlı uşaqları anadan olmuşdur. 24 aprel 2022-ci il təvəllüdlü X1 atası Ərizəçi, anası Maraqlı şəxsdır. Samux 1 saylı Mediasiya təşikatında mediator X5 iştirakı ilə tərtib edilən 30 yanvar 2025-ci il tarixli, MŞS/1/2024-0001 nömrəli Barışıq Sazişindən görünür ki, ikinci tərəf- Ərizəçi birinci tərəf-Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İƏD üzrə nümayəndəliyində 15 nömrə ilə qeydiyyata alınmış nikahın pozulmasına razı olmaları; -Birinci tərəf-Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladı-xx.xx.2015-ci il təvəllüdlü X2 hüquqi cəhətdən atası-Ərizəçi himayəsində qalmasına etiraz etməməsi; -İkinci tərəf-Ərizəçi birgə nikahlarından dünyaya gəlmiş övladı-xx.xx.2022-ci il təvəllüdlü X1 hüquqi cəhətdən anası-Maraqlı şəxs himayəsində qalmasına etiraz etməməsi; -Birinci tərəf Maraqlı şəxs ikinci tərəf-Ərizəçi övladı-xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər ayın 10 günü sərbəst qrafiklə ünsiyyət qurmalarını təmin edəcəyi barədə öz üzərinə öhdəlik götürməsi; -İkinci tərəf-Ərizəçi birinci tərəf-Maraqlı şəxs övladı-xx.xx.2015-ci il təvəllüdlü X4 ilə hər ilin yay tətillərinin yarısını, digər tətillərin hamısı olmaqla sərbəst qrafiklə ünsiyyət qurmalarını təmin edəcəyi barədə öz üzərinə öhdəlik götürməsi barədə razılığa gəlmişlər. -Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması iləı müəyyən edildi ki, Ərizəçi ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və mediator X5 iştirakı ilə, 30 yanvar 2025-ci il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında Barışıq Sazişi bağlanmışdır. Barışıq Sazişi tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu halda, Maraqlı şəxs tərəfindən icra edilməmişdir. Bu səbəbdən də Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 30 yanvar 2025-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM): 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50-ci maddəsinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə görə, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-nin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. İkinci tərəf-Ərizəçi birinci tərəf-Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İƏD üzrə nümayəndəliyində 15 nömrə ilə qeydiyyata alınmış nikahın pozulmasına razı olmaları; -Birinci tərəf-Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladı-xx.xx.2015-ci il təvəllüdlü X2 hüquqi cəhətdən atası-Ərizəçi himayəsində qalmasına etiraz etməməsi; -İkinci tərəf-Ərizəçi birgə nikahlarından dünyaya gəlmiş övladı-xx.xx.2022-ci il təvəllüdlü X1 hüquqi cəhətdən anası-Maraqlı şəxs himayəsində qalmasına etiraz etməməsi; -Birinci tərəf Maraqlı şəxs ikinci tərəf-Ərizəçi övladı-xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər ayın 10 günü sərbəst qrafiklə ünsiyyət qurmalarını təmin edəcəyi barədə öz üzərinə öhdəlik götürməsi; -İkinci tərəf-Ərizəçi birinci tərəf-Maraqlı şəxs övladı-xx.xx.2015-ci il təvəllüdlü X4 ilə hər ilin yay tətillərinin yarısını, digər tətillərin hamısı olmaqla sərbəst qrafiklə ünsiyyət qurmalarını təmin edəcəyi barədə öz üzərinə öhdəlik götürməsi barədə Maraqlı şəxs və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 30 yanvar 2025-ci il tarixli MŞS/1/2024-0001 saylı Barışıq Sazişi təsdiq edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-3682/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3682/2025
04.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver