Məhkəmə qərarları › İş №2(021)-3748/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3748/2025

20.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3748/2025 20.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs cəlb edilməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək,mərhum atası xx.xx.1978-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Kəlbəcər rayonunda ürək tutmasından vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü ildə təvəllüdlüdür.X10 ilə Nümayəndə 2005-ci il 29 dekabrda rəsmiləşidirilmiş birgə nikahından dünyaya gəlmişdir. X1 xx.xx.2025-ci il tarixdə ürək tutmasından Kəlbəcər rayonunda vəfat etmişdir. Azərbaycan Respublikası “Təbib” PHŞ”Respublika Təcili və X4 Gəncə TTYS**********25-ci il tarixli ölümə dair rəsmi sənəd vermişdir. Maraqlı şəxsnə müraciət etmiş oradan 25 avqust 2025-i il tarixli 3-16-5/15-524/2025 saylı məktubla imtina olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında ərizəçi İddiaçı oğlıunun etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2004-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X6 Üzrə Dövlət Komitəsi Bərdə rayon Bölməsi tərəfindən verilmiş 1806 nömrəli, 29 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Sarıyev X5 rayonundan məcburi köçkün olmaqla Bərdə şəhəri M.Müşfiq küçəsi internet məktəbində məskunlaşmışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Respublika Təcili və X4” Mərkəzi Gəncə TTYS tərəfindən verilmiş 15 avqust 2025-ci il tarixli, 1731 nömrəli məlumatdan görünür ki, 15 avqust 2025-ci il tarixdə ssat 06:40-da ünvan 1i ünvanına X8 adına çağırış olmuş, Çağırış yerinə gələn TTTYS-nin çağışçı həkimi orta tibb işçisi Məmmədov Seymur tərəfindən müayinə aparılmış həkimə qədər ölüm diaqnozu qoyulmuş, meyit üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X6 Üzrə Dövlət Komitəsi Bərdə Rayon Nümayəndəliyi 677 nömrəli, 26 avqust 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X9 1993-cü il tarixdən Kəlbəcər rayonundan məcburi köçkün olmuş vəfatındək Bərdə şəhəri M.Müşfiq küçəsi internat məktəbin yataqanasında məskunlaşmış xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Kəlbəcər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 sentyabr 2025-ci il tarixli, 174 nömrəli arayışdan görünür ki, X8 və Sarıyeva (Bəndəliyeva) Aytən Mayıl qızı nikahı haqqında 29 dekabr 2005-ci ildə 300 nömrəli akt qeydi tərtib olunmuşdur. Kəlbəcər rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 29 dekabr 2005-ci il tarixli AZ- İ695271 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 2004-cü ildə anadan olmuş, X1, anası Nümayəndə olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 29 dekabr 2005-ci il tarixdə 635 nömrə ilə qeyd edilmişdir. AA519263 nömrəli məcburi köçkün vəqisənin surətindən görünür ki, Sarıyev X5 rayonundan məcburi köçkündür. Mülki işə əlavə edilmiş Maraqlı şəxs tərəfindən İddiaçı ünvanlanmış 25 sentyabr 2025-ci il tarixli, 3-16-5/8-15-524/2025 nömrəli məktubdan görünür ki, ərizəçinin X1nun ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizənin təmin edilməsindən imtina edilmişdir. 13 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid izahatında göstərmişdir ki, ərizəçi nəvəsidir. Ərizəçinin X1 15 avqust 2025-ci ildə vəfat etmişdir. Bərdə rayonu Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Dəfn və yas mərasimində iştirak etmişdir. 24 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 bildirmişdir ki, ərizəçi onun qardaşıdır. X1 15 avqust 2025-ci il tarixdə vəfat etmişdir. Bərdə rayonu Şəhidlər Xiyabanında dəfn edilmişdir. 24 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, ərizəçi onun qardaşı oğludur. Ailədə 3 bacı 7 qardaş olmuşlar. Qardaşı onun yaşadığı Kəlbəcər rayonuna qonaq gəlmiş, yemək yedikdən sonra çölə çıxmış həmin vaxt yıxılmış, təcili tibbi yardıma məlumat vermişlər. Təcili tibbi yardım gələnə kimi qardaşı vəfat etmişdir. Dəfn və yas mərasiminlərində iştirak etmişdir.Qardaşı Bərdə rayonu Şəhidlər xiyabanında dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, ərizəçi İddiaçı mərhum X1nun 15 avqust 2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X3 15 avqust 2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi İddiaçı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi qismən təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X3 15 avqust 2025-ci il tarixdə Kəlbəcər rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar