Məhkəmə qərarları › İş №2(021)-3751/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3751/2025

27.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3751/2025 27.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayonu Sarıcalı kəndində anadan olmuş əkiz övladları xx.xx.1992-ci il təvəllüdlü X10 və xx.xx.1992-ci il təvəllüdlü X5 eyni gündə xx.xx.1992-ci ildə Bərdə rayonu Türkmən kəndində ölməsi faktının müəyyən edilməsinə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əkiz övladları əkiz övladları xx.xx.1992-ci il təvəllüdlü X10 və xx.xx.1992-ci il təvəllüdlü X1 rayonu Sarıcalı kəndində anadan olmuş və eyni gündə qızdırmadan xx.xx.1992-ci ildə Bərdə rayonu Türkmən kəndində vəfat etmişlər və Bərdə rayonu Türkmən kəndində dəfn edilmişlər. Həmin vaxtlarda yas mərasimi ilə əlaqdar başları qarışıq olduğundan övladları qismən və Hikmətin ölüm faktını qedy etdirməmişlər. Mərhum övladlarına ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə ərizə ilə etdiyi müraciətə xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-548/2025 nömrəli məktubla cavabde verilmişdir ki, “övladlarınızın ölümünü təsdiq edən sənəd olmadğından əzirənin təmin edilməsi mümkünd eyildir.” Odur ki, məhkəməyə müraciöət etməlidir. Övladları Qismət və Hikmətin ölməsi faktını məhkəmədə xeyli sayda şahidlər də təsdiq edərlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, əlavə olaraq göstərmişdir ki, ölüm faktının müəyyən olunması ona mərhum ərindən miras qalmış əmlakın qəbul edilməsi üçün zəruridir. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1987-ci ildə Bərdə rayonu türkmən kəndində anadan olmuş, Bərdə rayonu Türkmən kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 avqust 2025-ci il tarixli, 3-16-5/8-15-Q-935/2025 ci il nömrəli arayışdan görünür ki, X11 19 fevral 1992-ci ildə Ağcəbədi rayon Sarıcaklı kəndində anadan olmuşdur. Bu barədə 09 mart 1992-ci il tarixdə Ağcəbədi rayonu Sarıcalı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyində 22 nömrəli doğum haqqında akt qeydi aparılmış, atası X8, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Ağcəbədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 avqust 2025-ci il tarixli, 3-16-5/8-15-Q-935/2025 ci il nömrəli arayışdan görünür ki, X10 19 fevral 1992-ci ildə Ağcəbədi rayon Sarıcaklı kəndində anadan olmuşdur. Bu barədə 09 mart 1992-ci il tarixdə Ağcəbədi rayonu Sarıcalı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyində 21 nömrəli doğum haqqında akt qeydi aparılmış, atası X8, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan- Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 610 nömrəli, 01 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum X8 ilə birgə nikahdan olan əkiz övladları xx.xx.1992-ci il təvəllüdlü X10 xx.xx.1992-ci il təvəllüdlü X5 qohum əqrabalarının deməsinə görə xx.xx.1992-ci il tarixdə vəfat ediblər. Onların məzarının Bərdə rayonu Türkman kənd qəbristanlığında olduğu onlara anası Ərizəçi, xalası X3 və TÜrkmən kənd sakini X9 göstərmişdirlər. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 01 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi övladları X10 və X5 ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı ölüm faktını qeydə almaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Ərazi X4” X18” Bərdə Rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş 28 avqust 2025-ci il tarixli, 18- 1-28/2-2007/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X10 və xx.xx.1992-ci il təvəllüdlü X5 ölümü ilə bağlı Bərdə Rayon RMX-də hər hansı bir məlumat(xəsəlik tarixi, tibbi şəhadətnamə və s aşkar) olunmamışdır. Bu səbəbdən də Qismət əhmədovun və Hikmət Əhmədovun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. 13 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 bildirmişdir ki, ərizəçi onun bacısıdır. Ərizəçinin 4 övladı olmuş, əkiz övladları vəfat etmişdir. Dəfn və yas mərasiminlərində iştirak etmişdir. Həmin vaxt bacısı övladlarına ölüm haqqında şəhadətnamə almamışdır. Uşaqlar Türkmən kəndində dəfn edilmişdirlər. 13 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla qonşudurlar. Ərizəçinin həyat yoldaşı Rövşən 2025-ci ildə vəfat etmişdir. Vəkil və Sultan adında 2 övladı var 2 övladı isə vəfat etmişdir. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Əkizlər Türkmən kənd qəbristanlığında dəfn olunmuşdur. 13 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla, qonşudurlar. Ərizəçinin iki övladı vəfat etmişdir. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Ərizəçinin uşaqları Türkmən kənd qəbristanlığında dəfn olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum övladları X6 və X5 11 sentyabr 1992-ci ildə tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X6 və X5 11 sentyabr 1992-ci ildə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi qismən təmin edilsin. 19 fevral 1992-ci il təvəllüdlü X6 və 19 fevral 1992-ci il təvəllüdlü X5 11 sentyabr 1992-ci ildə tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar