Məhkəmə qərarları › İş №2(021)-3783/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3783/2023

03.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3783/2023 03.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 09 sentyabr 2014-cü il tarixdə rəsmi olaraq ailə həyatı qurub evlənmişdir. Birgə nikah dövründən 02 fevral 2016-cı il təvəllüdli X8 adlı bir övladları anadan olmuşdur. X17 Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli, 2(021)-4741/2017 saylı qətnaməsi ilə pozulmuşdur. Həmçinin övladı X8 onun himayəmdəsində saxlanılmaqla Maraqlı şəxs hər ay bir uşaq üçün 100 manat məbləğdə aliment pulu tutularaq onun xeyrinə verilməsinə dair qərar qəbul edilmişdir. Hal-hazırda Respublikamızda hər bir ərzaq və ehtiyacların qiyməti getdikcə artır. Hal-hazırda hər ay bir uşaşağa 100 manat məbləğində aliment ilə övladının heç bir təlabatlarını ödəyə bilmir. Övladı məktəblidir və onun təlabatları günü gündən artır. Bunun üçündə müəyyə olunmuş 100 manat məbləğində alimentin artırılaraq ona verilməsini istədiyi üçün ilkni presedur kimi Mediasiya şurasına müraciət etmiş və Mediasiya təşkilatından onların işinə baxılması üçün X3 təyin edilmişdir. İlkin mediasiya prosesində cavabdeh onunla ortaq fikrə gələrək 02 fevral 2016-cı il təvəllüdlü övladı X2 üçün təyin olunmuş 100 manat aliment məbləğinin artırılaraq 140 manat olmasına imkanı çatdığını və onun xeyrinə ödəməyə gücünün çatdığını bildirərək öz öhdəsinə götürmüşdür. Bununla bağlı 10 avqust 2023-cü il tarixi Mediasiya təşkilatında öz aralarıda Barışıq sazişi bağlanmışdır. Bunun üçündə barışıq sazişin təstiq olunmasını istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1981-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AZE 09534957 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxxxxx 1974-cü ildə doğöulmuşdur, Bərdə rayonu, Mirzəxan kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiiş 3335 saylı, 31 iyul 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə şəhəri, Koroğlu küçəsi 4 nömbərli evdə yaşayır. Mülki işə əlavə edilmiş AZ-İ 280861 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs ilə X11 arasında olan nikah 22 dekabr 2017-ci ildə pozulmuşdur. Mülki işə əlavə edilmiş AZ-İİİ 843377 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 02 fevral 2016-cı ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası X6r. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli, 2(021)- 4741/2017 saylı qətnaməsi ilə iddiaçı X11 ilə cavabdeh Maraqlı şəxs arasında 09 sentyabr 2014-cü ildə Bərdə rayon Mirzəxan-Qaraqovunlu kənd İcra Nümayəndəliyində 30 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahlarından 02 fevral 2016-cı ildə anadan olmuş X4 nikahın pozulmasından sonra anası X5 yanında saxlanılması, 02 fevral 2016cı ildə anadan olmuş X4 yetkinlik yaşma çatanadək saxlanması üçün 02 avqust 2017-ci ildən başlayaraq cavabdeh Maraqlı şəxs hər ay bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi, Qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması, Maraqlı şəxs dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 10 avqust 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirdi ki, ikinci tərəf ilə aralarında bağlanmış rəsmi nikah Bərdə Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli 2(021)-4741/2017 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan 02 fevral 2016-ci il təvəllüdlü X8 birinci tərəfin himayəsində saxlanılmış və azyaşlı uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Birinci tərəf Mediasiyaya müraciət edərək bildirdi ki, azyaşlı övladının saxlanılması üçün təyin olunmuş 100 manat aliment məbləğinin artırılması istəyir. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq alimentin artırılmasına razılaşdığını bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, birgə nikahlarından olan 02 fevral 2016-ci il təvəllüdlü X1 üçün təyin olunmuş 100 manat aliment məbləğinin artırılaraq 140 manat olmasına imkanı çatdığını və birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirərək öz öhdəsinə götürür. Birinci tərəf bildirdi ki, ikinci tərəfin hər ay 140 manat aliment məbləği ödənilməsi təklifi ilə tam razılaş ır və qəbul edir. X9 şərtləri izah olundu. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 10 avqust 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X11 ilə Maraqlı şəxs arasında tərəflərin birgə nikahlarından olan 02 fevral 2016-ci il təvəllüdlü X1 üçün təyin olunmuş 100 manat aliment məbləğinin artırılaraq 140 manat olmasına Maraqlı şəxs imkanı çatdığını və birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirərək öz öhdəsinə götürməsi barədə mediasiya prosesi nəticəsində bağlanmış 10 avqust 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması bu qətnamənin qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar