Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3792/2023 28.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X22 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi və cavabdeh Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) Maraqlı şəxs (bundan sonra maraqlı şəxs və ya Maraqlı şəxs) qаrşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 12 sentyabr 2023-cü il tarixli 01158 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2004-cü il tarixdə qeyrirəsmi olaraq ailə qurub evlənmişlər . Nikahlarını 04 sentyabr 2006-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah dövründən 12 iyul 2006-cı il təvəllüdlü X7, 25 may 2008-ci il təvəllüdlü X11, 15 aprel 2012-ci il təvəllüdlü X8 və 19 mart 2015-ci il təvəllüdlü X14 adlı 4 (dörd) övladları anadan olmuşdur. Aralarında olan narazılığa görə ailə münasibətləri xeyli zamandır ki, pozulmuşdur. Belə ki, əri Maraqlı şəxs onu bir həyat yoldaşı kimi saymır ,teztez evdə əsassız söz-söhbətlər yaradır. Onların aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuşdur. Cavabdehə birlikdə ailə kimi yaşamalarını bildirsə də, heç bir nəticəsi olmamışdır. Əksinə, cavabdeh onunla normal yaşamaq istəməmişdir. Nikahları formal xarakter daşıyır, nikahlarının pozulmasında israrlıdır. Cavabdeh nə ona, nə də ki, övladlarına ayrıldıqları gündən bu vaxta qədər də heç bir köməklik etməmişdir. O isə övladlarını təkbaşına saxlamaqda çətinlik çəkir, cavabdeh isə övladlarının saxlanılması üçün heç bir yardım və maddi köməklik etmir. Ayrılmalarının səbəbi də cavabdehin onlara baxmamasıdır. Bunun üçündə İlkin prosedur kimi Mediasiya şurasına müraciət etmiş və Mediasiya təşkilatından onların işlərinə baxılması üçün mediator X12 təyin edilmişdir. İlkin mediasiya prosesində cavabdeh onunla ortaq fikrə gələrək aralarında bağlanmış 04 sentyabr 2006-ci il tarixli nikahın pozulmasına, 12 iyul 2006-cı il təvəllüdlü X7, 25 may 2008-ci il təvəllüdlü X11, 15 aprel 2012-ci il təvəllüdlü X8 və 19 mart 2015-ci il təvəllüdlü X9 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etitrazının olmadığını və birinci tərəfin təklif etdiyi hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Bununla bağlı 12 sentyabr 2023-cü il tarixdə Mediasiya təşkilatında öz aralarında 01158 saylı Barışıq sazişi bağlanmışdır. Bunun üçündə barışıq sazişinin təsdiq olunmasını istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs göstərdi ki, ərizəçi ilə 2004-cü ildə evlənmiş, nikahlarını 2006-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 4 uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmışlar. Ayrıldıqdan sonra azyaşlı uşaqları ərizəçinin himayəsində qalmışdır. Ərizəçi aralarında olan mübahisənin həlli ilə bağlı Mediasiya təşkilatına müraciət etmiş, orada aralarında barışıq sazişi bağlanmışdır. Ərizəçi ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonu Körpüqıran kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1979-cu ildə Bərdə rayonu Körpüqıran kəndinda anadan olmuşdur, Bərdə rayonu Körpüqıran kəndində qeydiyyatdadır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 16 avqust 2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Körpüqıran kəndində qeydiyyatdadır. Bərdə Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 04 sentyabr 2006-cı il tarixli AZ-İ 273316 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və Ərizəçi 04 sentyabr 2006-cı ildə 596 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. Bərdə rayon Kələntərli kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 28 avqust 2018ci il tarixli AZ-T 070650 nömrəli, 28 avqust 2018-ci il tarixli AZ-T 070649 nömrəli, 28 avqust 2018-ci il tarixli AZ-T ******* nömrəli və 01 may 2015-ci il tarixli AZ-İİİ 512158 nömrəli Doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 12 iyul 2006-cı ildə Məryəm, 25 may 2008-ci ildə Fidan, 15 aprel 2012-ci ildə İbrahim və 19 mart 2015-ci ildə Ömər adlı uşaqları anadan olmuşdur. 12 iyul 2006-cı il təvəllüdlü X3, 25 may 2008-ci il təvəllüdlü X4, 15 aprel 2012-ci il təvəllüdlü X2 və 19 mart 2015-ci il təvəllüdlü X9 atası cavabdeh Maraqlı şəxs, anası Ərizəçidır. X1 iştirakı ilə tərtib edilən 12 sentyabr 2023-cü il tarixli MŞG/MT032/2023-01158 reyestr nömrəli Barışıq Sazişindən görünür ki, birinci tərəf-Ərizəçi, ikinci tərəf-Maraqlı şəxs ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, birgə nikahlarından olan 12 iyul 2006cı il təvəllüdlü X7, 25 may 2008-ci il təvəllüdlü X13, 15 aprel 2012-ci il təvəllüdlü X6 və 19 mart 2015-ci il təvəllüdlü X9 onun himayəsində saxlanılmasını və azyaşlı övladlarının saxlanılması üçün aliment tələbi ilə təklif vermiş, ikinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirmişdir ki, Birinci tərəf ilə aralarında 04 sentyabr 2006-cı il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 596 nömrəli rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan 12 iyul 2006-cı il təvəllüdlü X7, 25 may 2008-ci il təvəllüdlü X11, 15 aprel 2012-ci il təvəllüdlü X6 və 19 mart 2015-ci il təvəllüdlü X9 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını və azyaşlı övladlarının saxlanılması üçün isə hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 400 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirdi və öz öhdəsinə götürür. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və X1 iştirakı ilə, 12 sentyabr 2023-cü il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişi tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu halda Maraqlı şəxs tərəfindən icra edilməmişdir. Bu səbəbdən də Ərizəçi maraqlı şəxs Anar Abdulayevə qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 12 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM): 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə görə, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-nin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. İkinci tərəf-Maraqlı şəxs birinci tərəf-Ərizəçi ilə aralarında 04 sentyabr 2006-cı il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 596 nömrəli rəsmi nikahın pozulmasına tam razı olması, birgə nikahlarından olan 12 iyul 2006-cl il təvəllüdlü X7, 25 may 2008-ci il təvəllüdlü X11, 15 aprel 2012-ci il təvəllüdlü X6 və 19 mart 2015-ci il təvəllüdlü X9 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmaması və azyaşlı övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyi öz öhdəsinə götürməsi barədə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 12 sentyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-3792/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3792/2023
28.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver