Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3818/2023 05.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası 01 iyul 1936-cı ildə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş X6 02 avqust 2023-cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X9 onun doğma atasıdır. Mərhum atası X9 01 iyul 1936-cı ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuş, 02 avqust 2023-cü il tarixdə infakt vurması nəticəsində vəfat etmiş, Bərdə rayon Hacallı kənd qəbirstanlığında dəfn edilmişdir. O, atasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, orda ona həkim tərəfindən atasının ölməsi barədə 106 saylı forma verilmədiyindən ona məhkəmə qaydasında faktın təsdiq edilməsi izah edilmişir. Ölüm faktının təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. O, ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Ona məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, Ərizəçi qohumudur. Turalın atası vəfat edib, onun dəfn və yas mərasimində iştirak edib. İndi isə bilmişdir ki, ölümü qeydə aldırmayıblar. Ona görə də ölüm haqqında şəhadətnamə ala bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, Ərizəçi ilə qohumdur. Turalın atasının dəfn və yas mərasimində iştirak edib, onu Bərdə rayonu Hacallı kənd qəbristanlığında dəfn ediblər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1990-cı ildə Bərdə rayonu, Hacallı kəndində doğulmuşdur, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 03137981 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 01 iyul 1936-cı ildə Bərdə rayonu, Hacallı kəndində doğulmuşdur, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olmuşdur. İş materiallarında olan AZE 17597796 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 05 fevral 1968-ci ildə Bərdə rayonu, Hüseynbəyli kəndində doğulmuşdur, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 02 yanvar 1985-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Hacallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 149 nömrəli, 20 sentyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Hacallı kəndində yaşamış 01 iyul 1936-cı il təvəllüdlü X9 02 avqust 2023-cü il tarixdə Bərdə rayonu, Hacallı kəndində vəfat etmiş, Bərdə rayonu, Hacallı kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan ölüm haqqında məlumat vərəqəsindən müəyyən olunur ki, X9 02 avqust 2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan XV-JQ 274603 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi 25 yanvar 1990-cı ildə doğulmuşddur, atası X9, anası X3r. İş materiallarında olan qəbrin fotoşəklindən görünür ki, X9 02 avqust 2023-cü ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 20 sentyabr 2023-cü il tarixli, 3-16- 5/8-15-497/2023 saylı məktubdan müəyyən olunur ki, Ərizəçi məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X9 02 avqust 2023-cü ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ölüm faktının müəyyən olunması ərizəçinin lazımi sənədləri başqa qaydada ala bilməməsi üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X6 02 avqust 2023-cü ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov Sədrlik edən şahid X5 tələbin mahiyyəti barədə izahat vermək üçün məhkəmə iclas zalındakı kürsüyə dəvət edir. X1 izahatı: Möhtərəm hakim, Ərizəçi ilə qohumuq. Turalın atasının dəfn və yas mərasimində iştirak etmişəm, onu Bərdə rayonu Hacallı kənd qəbristanlığında dəfn etmişik. Suallar olmadı. Sədrlik edən işdə olan sənədləri oxuyub elan edir. Elan olunmuş sənədlərə dair ərizəçinin etirazı və əlavəsi olmadı. Sədrlik edən işə mahiyyəti üzrə baxılmasının qurtarması və məhkəmə tədqiqinə dair əlavəsi olub-olmamasını ərizəçidən soruşur. Sədrlik edənin sualına cavab olaraq ərizəçinin məhkəmə tədqiqinə əlavəsi olmadı və tamamlanmasını xahiş etdilər. Məhkəmə yerində müşavirə edərək Qərara alır: Məhkəmə tədqiqi tamamlansın, məhkəmə çıxışları başlanılsın. Sədrlik edən çıxış üçün ərizəçiyə söz verir. Ərizəçi: Möhtərəm hakim, ərizəmin təmin edilməsini xahiş edirəm. Sədrlik edən müşavirə otağına gedir, müşavirə otağından qayıdaraq qətnaməni oxuyub elan edir. Qətnamənin məzmununu, şikayət vermək, müddəti və qaydasını, habelə tərəflərin iclas protokolu ilə tanış olub qeydlər vermək hüququnun olmasını izah edir. Sədrlik edən saat 15:05-də məhkəmə iclasını bağlı elan edir. Protokol 05 dekabr 2023-cü il tarixdə tərtib olundu. Sədrlik edən Elsun Əhmədov Məhkəmə iclas katibi Nicat Hüseynli AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «09» yanvar 2024-cü il № 2(021)-3818/2023 Maraqlı şəxsnə Bərdə şəhəri, Koroğlu küçəsi 4/7 Bərdə Rayon Məhkəməsinin 2(021)-3818/2023 saylı 05 dekabr 2023-cü il tarixli qətnaməsi icra edilməsi üçün sizə göndərilir. Qoşma: Qətnamənin surəti “ 03” vərəqə. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3818/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3818/2023
05.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver